3320
03 Nov 2022 | 16:29

"Putin qorxdu və geri çəkildi" - Türkiyə Rusiyaya kimin söz sahibi olduğunu xatırlatdı

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vladimir Putinlə necə danışmaq gərəkdiyi ilə bağlı master-klass nümayiş etdirib: Moskva "taxıl müqaviləsi"ndən çıxdığını elan etsə də, Türkiyə tərəfi ilə danışıqlardan sonra mövqeyini kəskin dəyişib".
 
Moderator.az milli.az-a istinadən xəbər verir ki, bu sözləri tanınmış publisist və politoloq Andrey Piontkovski deyib.
 
"Ərdoğanla söhbətin böyük təsiri oldu. Üstəlik, bütün qərarların və siyasi bəyanatların Türkiyə və Rusiya müdafiə nazirləri arasında təmasların nəticəsi olması əlamətdardır", - deyə analitik bildirib. Onun sözlərinə görə, Türkiyə Rusiyaya Qara dənizdə kimin söz sahibi olduğunu və türk donanmasının nəyə qadir olduğunu xatırladıb.
 
Ekspert qeyd edib ki, Ərdoğan regiondakı ambisiyalarını ikinci Qarabağ müharibəsi zamanı Azərbaycanı dəstəklədiyi zaman açıq şəkildə bəyan edib.
 
"Putin o zaman müharibəyə getməkdən qorxurdu və indi bunun səbəbini görürük. Onda dünyanın "ikinci ordusu" ilə bağlı müzakirələr vardı, amma Rusiya ordusunun Ukraynadakı vəziyyəti Türkiyənin Cənubi Qafqazdakı rus qoşunları ilə nə edə biləcəyini göstərir. Putin qorxdu və geri çəkildi. Onunla belə danışmaq lazımdır", - politoloq qeyd edib.

Link kopyalandı!
Son xəbərlər