Paşinyan: “Biz yüksək standartlara malik ordu yaratmaq niyyətindəyik”
Dünya
3717
02 Nov 2022 | 12:39

Paşinyan: “Biz yüksək standartlara malik ordu yaratmaq niyyətindəyik”

“Ermənistan ordusunda genişmiqyaslı islahatlar başlayıb və hərbi büdcənin kəskin artması da bunu sübut edir”.
 
Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
 
O bildirib ki, 2023-cü ildə Ermənistan ordusunun müdafiə xərcləri 1,2 milyard dollar təşkil edəcək.
 
N. Paşinyan vurğulayıb ki, ordudakı islahatlara dair bir sıra qanunvericilik dəyişiklikləri parlamentin gündəliyində daxil edilib.
 
“Prosesin bütün mahiyyəti peşəkar orduya keçid, müdafiə qabiliyyətinin artırılmasıdır. Biz yüksək standartlara malik ordu yaratmaq niyyətindəyik”, - deyə o bildirib.
 
Mənbə: Sputnik Ermənistan
 
Link kopyalandı!
Son xəbərlər