Akar Şoyqu ilə taxıl dəhlizini müzakirə etdi
2943
31 Oct 2022 | 19:57

Akar Şoyqu ilə taxıl dəhlizini müzakirə etdi

Rusiyanın müdafiə naziri Sergey Şoyqu türkiyəli həmkarı Hulusi Akar ilə telefonla taxıl sazişini müzakirə edib.
 
Bu barədə bazar ertəsi Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.
 
“Oktyabrın 31-də Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə Türkiyə Respublikasının müdafiə naziri Hulusi Akar arasında telefon danışığı aparılıb. Söhbət zamanı Qara Dəniz Taxıl Təşəbbüsü çərçivəsində Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının ixracına dair sazişlər müzakirə edilib”, - məlumatda deyilir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər