Bizi sosial şəbəkələrdən izləyin:
Fevralın 24-də Rusiya-Ukrayna arasında başlayan müharibə ilə bağlı paylaşımları ilə gündəm olan və Rusiyanın İNTERPOL-a müraciəti ilə barəsində tədbir görülməsi istənilən Gülsüm Xəlilova İstanbulda saxlanılıb.
Moderator.az Musavat.com-a istinadla xəbər verir ki, jurnalist Gülsüm Xəlilova Xorvatiyanın paytaxtı Zaqrebdən İstanbula gedərkən saxlanılıb.
Gülsüm Xəlilovanın Türkiyəyə girişinə Rusiyanın İNTERPOL-a müraciətinə görə icazə verilib.
Gülsüm Xəlilova kimdir ?
Krım tatarı olan Gülsüm Xəlilova Kiyevdə yaşayır. Qonaq olduğu bir verilişdə ailəsi haqqında məlumat verən Xəlilova valideynlərinin Özbəkistanda yaşadığını bildirmişdi. 7 ildir Rusiyanın işğalı altında olan vətəni ilə bağlı yayımlar edən Gülsüm Xəlilova bir müddət ATR kanalında da müxbir kimi işləyib. ATR-nin bağlanmasından sonra bütün verilişlərini şəxsi hesabından davam etdirib. Gülsüm Xəlilova Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı xəbərləri daha çox tanınıb.