Bizi sosial şəbəkələrdən izləyin:
“Əks-kəşfiyyat sahəsində qadın agentlərin işi çox effektivdir”.
Moderator.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri səlahiyyətlərini icra edən Vasili Malyuk bildirib.
“Qadınlara ayrıca təşəkkür etmək istərdim. Onlar ən yaxşı agentlərdir, əks-kəşfiyyat fəaliyyəti sahəsində yüksək səviyyədə zərgər dəqiqliyi ilə yerinə yetirilən casus sızmalarını həyata keçirən əsl amazonkalardır. Bir çox əməliyyatlar qadın agentlərin sayəsində uğurla gerçəkləşdirilib”, - deyə Malyuk qeyd edib.
O vurğulayıb ki, bəzi agentlər hətta plastik əməliyyatlar keçirib və özləri ilə bağlı məlumatları dəyişdiriblər.