Almaniya Ukraynaya 9 milyon avroya səhra xəstəxanası verəcək
3467
25 Oct 2022 | 20:08

Almaniya Ukraynaya 9 milyon avroya səhra xəstəxanası verəcək

Almaniya hökuməti “Zeppelin Mobile Systeme GmbH” şirkəti tərəfindən Ukrayna ərazisində təşkil ediləcək səhra xəstəxanasının tikintisinə dəstək verəcək.
 
Bu barədə “Report” xarici KİV-ə istinadən xəbər verir.
 
Ukrayna Müdafiə Nazirliyi bu xəstəxananı payızın əvvəlində sifariş edib. Onun dəyəri 9 milyon avro civarında qiymətləndirilir.
 
“Almaniya hökumətinin dəstəyi ilə şirkət Ukrayna Silahlı Qüvvələrini müasir tipli sahə xəstəxanası ilə təmin edəcək”, - məlumatda deyilir.
 
Tikinti işlərinin 2023-cü ildə başa çatdırılması planlaşdırılır.
Link kopyalandı!
Son xəbərlər