Betfair: Boris Conson liderliyə yeni ikinci namizəddir
Dünya
3515
21 Oct 2022 | 14:32

Betfair: Boris Conson liderliyə yeni ikinci namizəddir

Moderator.az bildirir ki, Britaniya bukmeyker kontorlarının məlumatına görə, Boris Conson baş nazir postuna ən çox ehtimal olunan namizədlərdən biridir.
 
"Boris Conson liderliyə yeni ikinci namizəddir. Görünür, o, Mühafizəkar deputatlar arasında əhəmiyyətli dəstək qazanıb", - deyə Betfair saytında bir yazı çap olunub. 
 
Keçmiş maliyyə naziri Rişi Sunak hələ də seçki yarışında liderdir. Üçüncüsü İcmalar Palatasının lideri Penni Mordauntdur.
 
Qeyd edək ki, Böyük Britaniyanın baş naziri Liz Trass vəzifədə cəmi 44 gün qaldıqdan sonra istefa verdiyini açıqlamışdı. Böyük Britaniyada məsul vəzifədə belə qısa müddət heç vaxt olmamışdı.
 
Link kopyalandı!
Son xəbərlər