Şarl Mişel Türkiyəyə başsağlığı verib
3347
15 Oct 2022 | 15:45

Şarl Mişel Türkiyəyə başsağlığı verib

Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Türkiyənin Bartın vilayətində mədəndə baş vermiş partlayış nəticəsində yaxınlarını itirənlərin ailələrinə başsağlığı verib.
 
Bu barədə o, tviter hesabında yazıb.
 
“Bartın kömür mədənində faciəvi insan itkisi ilə bağlı kədərlənirəm. Yaxınlarını itirən ailələrə və bu kədər anında bir araya gələn bütün cəmiyyətə başsağlığı verirəm. Sağ qalanlara və xilasedicilərə ən xoş arzularımı yetirirəm”, - postda deyilir.
 
Xatırladaq ki, oktyabrın 14-də Türkiyənin Bartın vilayətinin Amasra rayonunda kömür mədənində 40 nəfərin ölümü ilə nəticələnən partlayış baş verib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər