Türkiyədə mədəndə baş verən partlayışda iki nəfər ölüb - YENİLƏNİB
Dünya
5478
14 Oct 2022 | 22:58

Türkiyədə mədəndə baş verən partlayışda iki nəfər ölüb - YENİLƏNİB

Türkiyənin Bartin vilayətinin Amasra rayonunda daş kömür mədənindəki partlayış nəticəsində iki nəfər ölüb.
 
“Report” xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca deyib.
 
Onun sözlərinə görə, partlayış nəticəsində 20 nəfər yaralanıb.
 
Nazir əlavə edib ki, hadisə yerinə reanmobil, 31 təcili tibbi yardım avtomobili və 149 nəfər tibb personalı cəlb edilib.
 
22:02
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə energetika və təbii sərvətlər naziri Fatih Dönməz və daxili işlər naziri Süleyman Soylu Bartın vilayətində daş kömür mədənindəki partlayış baş verən əraziyə yola düşüblər.
 
"Report" xəbər verir ki, hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.
 
21:31
Türkiyənin Bartin vilayətinin Amasra rayonunda daş kömür mədənindəki partlayışın dağıntıları altından 11 nəfər xilas edilib.
 
"Report" "Habertürk"ə istinadən xəbər verir ki, bu barədə Amasra rayonunun Bələdiyyə başçısı Recai Çakır jurnalistlərə açıqlamasında bildirib.
 
Onun sözlərinə görə, dağıntılar altında ümumilikdə 87 nəfər olub, onlardan 2-i yaralı halda çıxarılıb. 
 
20:45
Türkiyənin Bartin vilayətinin Amasra rayonunda daş kömür mədənində partlayış baş verib.
 
"Report" bu barədə "Haber Global"a istinadən xəbər verir.
 
İlkin məlumata görə, partlayış nəticəsində 2 nəfər xəsarət alıb.
 
Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və sağlamlıq qrupları göndərilib.
 
Dağıntılar altında 150-yə yaxın işçinin qaldığı bildirilir.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər