Qırğızıstan Milli Təhlükəsizlik Komitəsi rəhbərindən “Akıncı” paylaşımı – FOTO
3263
12 Oct 2022 | 20:18

Qırğızıstan Milli Təhlükəsizlik Komitəsi rəhbərindən “Akıncı” paylaşımı – FOTO

Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Kamçıbek Taşiyev öz “Facebook” səhifəsində “Bayraktar Akıncı” pilotsuz uçuş aparatı ilə fotosunu yerləşdirib.
 
“Akıncı” bizimdir. Sağ olsun qardaş xalq”, - deyə o, paylaşımını şərh edib.
 
Bəzi məlumatlara görə, fotolar Türkiyədə çəkilib.
 
Sosial şəbəkə istifadəçiləri hakimiyyətin yeni dronlar əldə etmək niyyətində olduğunu iddia ediblər.
 
DMTK-nin mətbuat mərkəzi daha sonra məsələ ilə bağlı şərh verəcəyini vəd edib.

 

Link kopyalandı!
Son xəbərlər