Ukraynanın paytaxtı Kiyevdə daha 2 partlayış olub.
Moderator.az UNİAN-a istinadən xəbər verir ki, dövlət qurumları yerli əhaliyə çölə çıxmamaq barədə xəbərdarlıq edib.
***
Ukraynanın paytaxtı Kiyev şəhərinin bombalanması nəticəsindən azı 8 nəfər ölüb, 24 nəfər yaralanıb.
Moderator.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər nazirinin müşaviri Anton Qeraşşenko bildirib.
Artıq ölkənin hər yerində hava həyəcanı siqnalı verilib.
***
Rusiya Ukraynanın şərqində yerləşən Dnepr və qərbindəki Lvov vilayətlərini də raket atəşinə tutub.
Moderator.az xəbər verir ki, məlumatı UNIAN yayıb.
Dağıntı, ölən və yaralananların olub-olması barədə hələlik informasiya yoxdur.
***
Ukraynanın paytaxtı Kiyevlə yanaşı, ölkənin üç vilayətində partlayışlar törədilib.
Moderator.az "RBK Ukrayna"ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında Jitomir, Xmelnitsk və Ternopol vilayətlərində də partlayış olub.
Eyni zamanda, Odessaya bir neçə raketin atıldığı bildirilib.
Paytaxt Kiyevə atılan raketlərdən biri şəhərin Vladimirskaya küçəsində Prezident Volodimir Zelenskinin ofisinin yaxınlığına düşüb.
10 oktyabr 2022-ci il bazar ertəsi səhər Rusiya yenidən Kiyevə hücum etdi. Şəhərdə hava hücumu xəbərdarlığı elan edildikdən sonra bir neçə partlayış gurultusuna səbəb olub.
Hava hücumu təhlükəsi saat 6:47-də elan edildi və səhər saat 8-dən sonra Kiyevdə 3-4 partlayış baş verdi. Bu barədə bir sıra yerli ictimaiyyət məlumat yayıb.
Daha sonra hücumla bağlı məlumatı şəhərin meri Vitali Kliçko da təsdiqləyib. Partlayışlar Şevçenko rayonunda qeydə alınıb. Kliçko detalları daha sonra açıqlayacağını da vurğulayıb.
"Kiyevdə raketlərdən biri Volodimirska küçəsində Qruşevskinin abidəsi yaxınlığında düşüb. Xilasedicilər işləyir", - Daxili İşlər Nazirliyi rəhbərinin müşaviri Anton Geraşenko öz Telegram kanalında yazıb.
Kiyevdə müxtəlif yerlərdə bir neçə zərbə nəticəsində yaralananlar və ölənlər var. Məlumat dəqiqləşdirilir. Suspilne xəbər verir ki, bu barədə Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat katibi Svetlana Vodolaqa məlumat verib.