Bizi sosial şəbəkələrdən izləyin:
Avropa İttifaqı (Aİ) Rusiyanın 30 fiziki və 7 hüquqi şəxsinə qarşı sanksiya tətbiq edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə müvafiq normativ aktların dərc olunduğu Aİ-nin rəsmi jurnalında deyilir.
“Ukraynadakı vəziyyətin ciddiliyini nəzərə alaraq, Şura hesab edir ki, Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə və müstəqilliyinə xələl gətirən və ya təhdid edən hərəkətlərə görə məsuliyyət daşıyan 30 şəxs və 7 təşkilat sanksiyaya məruz qalan şəxslər, təşkilatlar və orqanlar siyahısına daxil edilməlidir”, - sənəddə qeyd edilib.
Belə ki, “qara siyahı”ya Yuliya Çiçerina, Nikolay Rastorquyev və Oleq Qazmanov, habelə “Fakel”, “Avanqard”, “İrkut” və “Deqtyarev adına zavod” kimi hüquqi şəxslər salınıb.