48 yaşlı “Oskar” mükafatçısı əkizlərə hamilə olduğunu açıqlayıb
Dünya
3451
06 Oct 2022 | 09:55

48 yaşlı “Oskar” mükafatçısı əkizlərə hamilə olduğunu açıqlayıb

Amerikalı aktrisa Hilari Suonk hamilədir və əri Filip Şnayderdən əkiz uşaq gözləyir.
 
48 yaşlı “Oskar” mükafatlı aktrisa şad xəbəri “Sabahın xeyir, Amerika” verilişində paylaşıb.
 
“Uzun zamandır arzuladığım şey budur. Növbəti məqsədim ana olmaqdır. Özü də bir uşaq deyil, iki. Mən buna inana bilmirəm. Bu, o qədər gözəldir ki..”, - deyə Suonk bildirib.
 
O, səhhətinin normal olduğunu da qeyd edib.
 
“İndi özümü əla hiss edirəm. Düzdür, paltarlarım artıq mənə dar gəlir. Ötən gün cins şalvarımı bir az kəsməli oldum”, - aktrisa deyib.
 
Suonk həm özünün, həm də əri Şnayderin ailəsində əkiz uşaqların olduğuna aydınlıq gətirərək, “ailə ənənəsini” davam etdirməkdən məmnun olduğunu əlavə edib.
Link kopyalandı!
Son xəbərlər