Bizi sosial şəbəkələrdən izləyin:
"Ukrayna ordusunun Xerson istiqamətində növbəti hücumu davam edir. Vilayətin sağ sahil hissəsinin şimal-şərqində rus ordusunun müdafiə xətti yarılması, bir neçə kəndin azad olunması Ukraynanın qələbəsinin yaxınlaşdığını deməyə əsas verir".
Moderator.az xəbər berir ki, bunu Milli.az-a açıqlamasında Ukrayna Siyasi Elmlər Akademiyasının aparıcı üzvü, professor Petro Mironenko deyib.
O bildirib ki, Rusiya nüvə silahını işə salsa, alacağı cavabı da bilir:
"Rusiya üzərində ard-arda əldə edilən bu hərbi nəticələrin artdığı bir vaxtda Fransa Ukraynaya 20 ədəd 12,5 tonluq "Bastion" zirehli texnikası tədarük etməyə başlayır, ABŞ isə daha 4 HIMARS yollamağa hazırlaşır ki, bu texniki təchizat Rusiyanın "referendum"la tərkibinə qatdığı ərazilərin azad olunmasına imkan verəcək. Ukrayna artıq bütün ərazilərini, o cümlədən Krımı azad etməyə hazırdır.
Xarici ekspertlərin bildirdiyi kimi Rusiyanın nüvə silahını işə salmaq riski çox görünsə də, mənim fikrimcə, Kreml buna cəsarət etməyəcək. Çünki Rusiya nüvə silahını hər hansı məqamda işə salarsa, alacağı cavabı da bilir. ABŞ artıq bununla bağlı Kremlə sərt xəbərdarlıq edib".