Böyük Britaniyada Krallıq ailəsi yeni qalmaqalın mərkəzində
Dünya
3291
02 Oct 2022 | 18:06

Böyük Britaniyada Krallıq ailəsi yeni qalmaqalın mərkəzində

Böyük Britanyanın Krallıq ailəsi yeni qalmaqalın mərkəzindədir.
 
İctimaiyyət II Elizabetin dəfn yerinin yerləşdiyi Vindzor qəsrinə biletlərin baha olması səbəbindən qəzəblənib.
 
Qeyd edək ki, rəsmi vidalaşma çoxdan başa çatsa da, yüzlərlə insan hələ də Vindzor qəsrini ziyarət etmək üçün növbəyə durur.
 
Kraliçanın dəfninə baxmaq üçün bilet almaq lazımdır. Böyüklər üçün onun qiyməti şənbə günü 28,5 funt və digər günlər üçün isə 26,5 funt təşkil edir. Bir çox insan kral ailəsinin hansı səbəbdən britaniyalılardan belə “böyük pul” tələb etdiyini anlamır.
 
“Mərhum kraliçanın məzarını ziyarət etmək üçün istədikləri pulu Versalda, “hər şey daxil” biletə xərcləmək mümkündür. Hələ üstəlik Fransada qəhvə içmək üçün də pulunuz qalır”, – deyə qəzəbli ziyarətçilərdən biri “Twitter”də yazıb.
Link kopyalandı!
Son xəbərlər