Donetskdə beş mindən çox Rusiya əsgəri mühasirəyə alınıb
3507
01 Oct 2022 | 16:28

Donetskdə beş mindən çox Rusiya əsgəri mühasirəyə alınıb

Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin Liman şəhərində Rusiya qruplaşmasının mühasirəsinin başa çatdığını təsdiqləyib.
 
Bu barədə şərq qoşunları qrupunun spikeri Sergey Çerevatı bildirib.
 
O bildirib ki, Ukrayna Silahlı Qüvvələri Liman yaxınlığındakı beş yaşayış məntəqəsini nəzarətə götürüb.
 
Luqansk hərbi administrasiyasının rəhbəri Sergey Qayday isə deyib ki, Limanda yerləşən rusiyalı hərbçilər öz rəhbərliklərindən getməyi istəsələr də, rədd cavabı alıblar:
 
“Rusiya Federasiyasının 5 mindən çox hərbçisi mühasirədədir”.
 
Mənbə: UNİAN
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər