Rusiyanın Ukraynaya silahlı təcavüzü nəticəsində indiyədək 399 uşaq həlak olub
Dünya
3482
01 Oct 2022 | 12:47

Rusiyanın Ukraynaya silahlı təcavüzü nəticəsində indiyədək 399 uşaq həlak olub

Rusiyanın Ukraynaya silahlı təcavüzü nəticəsində 399 ukraynalı uşaq həlak olub.
 
Bu barədə Ukrayna Baş Prokurorluğu “Facebook” səhifəsində məlumat verib.
 
Baş Prokurorluq bildirib ki, fevralın 24-dən bu günə qədər Ukraynada 399 uşaq həlak olub, 783 uşaq yaralanıb.
 
Qeyd olunub ki, sentyabrın 30-da Rusiyanın Zaporojiyedə humanitar karvana raket hücumu nəticəsində 10 və 14 yaşlı iki uşaq həlak olub, 3 yaşlı uşaq isə yaralanıb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər