Hindistanda xəstənin mədəsindən 63 qaşıq çıxdı
2950
30 Sep 2022 | 09:21

Hindistanda xəstənin mədəsindən 63 qaşıq çıxdı

"35 illik həkimlik karyeramda ilk dəfədir ki, belə halla rastlaşıram..."
 
"Həkimlər pasientin psixikası ilə bağlı probleminin olmasını düşünür..."
 
Mütəxəssislərin sözlərinə görə, bu, onlarən həkimlik karyerasında ilk belə hadisədir.
 
Moderator.az xəbər verir ki, bu barədə "Mirror" nəşri yazıb.
 
KİVl-ərin məlumatına görə, kişi xəstəxanaya mədə nahiyəsində güclü ağrılarla əlaqədar daxil olub.
 
Həkimlər əvvəlcə düşünüb ki, xəstənin rahatsızlığı şişlə bağlı ola bilər.
 
Lakin aparılan müayinələrdən sonra bəlli olub ki, xəstənin qarın boşluğunda 63 ədəd qaşıq var.
 
Vaxtı itirmək olmazdı, ona görə də həkimlər hindlini təcili olaraq əməliyyat edib.
 
Əməliyyat 2 saat davam edib.
 
Əməliyyatı aparan cərrah etiraf edib ki, özünün 35 illik karyerasında belə halla ilk dəfədir üzləşir.
 
Pasiyentin qohumları hesab edir ki, o, yerli klinikada narkotik aslılığından müalicə ediləndə onu qaşıqlarla qidalandırıblar.
 
Bundan başqa, həkimlər bu qənaətə gəlib ki, pasiyentin psixikası ilə bağlı problemi olub. 
 
"Ağlı başında olan heç bir nəfər bunu etməzdi",- həkimlər əlavə edib.
Link kopyalandı!
Son xəbərlər