Bizi sosial şəbəkələrdən izləyin:
Rusiyadan Türkiyəyə təyyarə biletləri 3 dəfə bahalaşıb.
Bu barədə Türkiyənin NTV televiziyası məlumat yayıb.
Bildirilib ki, "Türk Hava Yolları"nın Moskva-İstanbul reysinin sentyabrın 25-dək bütün biletləri artıq satılıb. Belə ki, bir həftə əvvəl Türkiyə istiqamətində 22 min rubla satılan birtərəfli biletlərin qiyməti qismən hərbi səfərlik elan olunduqdan sonra 70 min rubla, yaxud 21 min türk lirəsinədir.
Bildirilib ki, uçuş üçün bilet tapa bilməyənlər tranzit olaraq Gürcüstanın paytaxtı Tbilisiyə oradan Türkiyəyə uçmağa çalışırlar.
Mütəxəssislər “Flightradar24” resursundakı uçuşlara əsasən Rusiyadan qaçış başlandığını deməyin doğru olmadığını vurğulayaraq məlum qərarın ölkədə vahimə ovqatı yaratdığını da qeyd ediblər.