Rusiyada bukmeker kontorları bağlanır
Dünya
3314
21 Sep 2022 | 08:44

Rusiyada bukmeker kontorları bağlanır

Rusiyadakı mərc obyektlərində gəlirlərin kəskin azalması onların kütləvi şəkildə bağlanmasına səbəb olub.
 
Məlumata görə, altı ay ərzində mərc ofislərinin sayı 17,4 faiz azalıb.
 
2021-ci ilin dördüncü rübündə oflayn nöqtələrə 19,6 milyard rubl gəlir daxil olub ki, bu da ümumi gəlirin 8,9 faizini təşkil edib. İkinci rübdə bu rəqəm 16,2 milyarda (8,2 faiz) düşüb.
 
Ümumi dövriyyə isə 220,5 milyard rubldan 198,9 milyard rubla qədər azalıb.
 
2022-ci ilin əvvəlindən sentyabr ayına qədər Rusiyanın ən böyük şəhərlərində mərc obyektlərinin sayı 9,5 faiz azalaraq 972-dən 880-ə düşüb.
Link kopyalandı!
Son xəbərlər