BAEA-nın baş direktoru Ermənistana səfər edəcək
Dünya
3643
20 Sep 2022 | 15:58

BAEA-nın baş direktoru Ermənistana səfər edəcək

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi oktyabrın 4-5-də Ermənistana səfər edəcək.
 
Səfərin gündəliyi açıqlanmayıb.
 
Qeyd edək ki, iyun ayında Metsamor atom elektrik stansiyasının (AES) mətbuat xidməti Ermənistan və Rusiyadan olan mütəxəssislərin respublikada yeni atom enerji blokunun layihəsini müzakirə etməyə başladıqlarını xəbər vermişdi.
 
Məlumata görə, xüsusilə növünə görə cari atom elektrik stansiyası ilə eyni, lakin təxminən üç dəfə güclü VVER enerji blokunun (“su-su” tipli reaktorlar) bir variantı nəzərdən keçirilib (hazırda işləyən enerji bloku əsaslı təmirdən sonra 430-440 MVt gücə çatacaq, yenisi üçün 1000-1300 MVt güc nəzərdə tutulur).
 
Mənbə: Sputnik Ermənistan
 
Link kopyalandı!
Son xəbərlər