Bayden II Elizabetin dəfn mərasimi üçün Londona gedib
3338
18 Sep 2022 | 11:05

Bayden II Elizabetin dəfn mərasimi üçün Londona gedib

ABŞ Prezidenti Cozef Bayden Kraliça II Elizabetin dəfn mərasimində iştirak etmək üçün Böyük Britaniyanın paytaxtına gəlib.
 
Bu barədə “Report” “CBS News”a istinadən xəbər verir.
 
Telekanalın məlumatına görə, siyasətçini Londonun hava limanında ABŞ səfiri Ceyn Hartli qarşılayıb.
 
Bayden Londona səfəri zamanı Kraliça II Elizabetin vəfatı ilə bağlı rəsmi başsağlığı kitabını imzalayacaq və Kral III Çarlzın ev sahibliyi ilə Bukingem sarayında keçiriləcək ziyafətdə iştirak edəcək.
 
Bundan başqa, ABŞ prezidenti birinci xanım Cil Baydenlə birlikdə Kraliçanın Vestminster abbatlığında dəfn mərasimində iştirak edəcək.
Link kopyalandı!
Son xəbərlər