Bizi sosial şəbəkələrdən izləyin:
Avqust ayında Avropa İttifaqının (Aİ) avtomobil bazarında satışlar son 13 ayda ilk dəfə artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Avtomobil İstehsalçıları Birliyi məlumat yayıb.
Qeyd olunub ki, avqustda yeni avtomobillərin satışı 3,4 faiz artaraq 748 min 961 ədəd təşkil edib.
Avtomobil istehsalçıları tədarük zəncirindəki problemlərin səngiməyə başladığını bildirirlər. Lakin yüksək inflyasiya kimi təsirlərə görə avtomobil satışlarındakı artımın uzun davamlı olması gözlənilmir.