Dərsliyin üzündə porno ulduzun şəkli dərc olundu
Dünya
2322
15 Sep 2014 | 09:20

Dərsliyin üzündə porno ulduzun şəkli dərc olundu

Taylandda dərs ili başladığı bir vaxtda riyaziyyat dərsliyi ilə bağlı qalmaqal baş verib. 

ANS PRESS-in xəbərinə görə, riyaziyyat dərsliyi nəşr edən mətbəə kitabın üz qapağına yapon porno ulduzun şəklini qoyub. 

Məlumata görə, həmin kitabların topladılmasına qərar verilsə də, 3 000 nüsxə ilə çap olunan dərsliyin ancaq 2 minini toplamaq mümkün olub. 

Kitabl nəşr edən mətbəənin rəsmisi “Riyaziyyata giriş” adlı dərsliyi hazırlayarkən internetdən tapdıqları ilk şəkli dərc etdiklərini, bunun kimə aid olmasını araşdırmadıqlarını açıqlayıb. 

Kitabların üz qapağının dəyişdiriləcəyini açıqlayan Tayland Təhsil Nazirliyi mətbəəyə də məsləhət görüb ki, bundan sonra dərs kitabları üçün internetdən şəkil götürməsin. 
Link kopyalandı!
Son xəbərlər