Yeddi ayda 14 mindən çox ukraynalı... - Şok statistika
3294
10 Sep 2022 | 12:49

Yeddi ayda 14 mindən çox ukraynalı... - Şok statistika

Birləşmiş Millətlər Təşkilatı Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəsində 6 minə yaxın mülki vətəndaşın həyatını itirdiyini təsdiqləyib.
 
Teleqraf.com xəbər verir ki, bu barədə BMT-nin Ukraynadakı İnsan Haqları Monitorinq Missiyasının rəhbəri Matilda Boqner brifinq zamanı bildirib.
 
“Bu gün biz dinc əhali arasında 14 059 qurbanı yoxladıq və təsdiqlədik. Döyüş əməliyyatları nəticəsində 5 767 dinc sakin həlak olub, 8 292 nəfər yaralanıb. Dəfələrlə qeyd etmişik ki, faktiki rəqəmlər yəqin ki, bundan xeyli çoxdur”, - Boqner bildirib.
 
“Missiyamız təsdiq edib ki, ən azı 416 nəfər Rusiya Federasiyası tərəfindən işğal olunmuş ərazilərdə və ya o zaman Rusiya Silahlı Qüvvələri və əlaqəli silahlı qrupların nəzarətində olan ərazilərdə özbaşına həbs və məcburi itkin düşmə qurbanı olub, 16 ölü tapılıb, 166-sı sərbəst buraxılıb”, - qeyd olunub.
 
Xatırladaq ki, BMT onların ukraynalı hərbi əsirlərə çıxışı olmadığını təsdiqləyib.
Link kopyalandı!
Son xəbərlər