Çavuşoğlu Əminə Cabbar və Mustafa Cəmilovla görüşüb - FOTO
3126
05 Sep 2022 | 16:40

Çavuşoğlu Əminə Cabbar və Mustafa Cəmilovla görüşüb - FOTO

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ukrayna xarici işlər nazirinin müavini Əminə Cabbar və Ukraynanın xalq deputatı, Krım Tatar Milli Hərəkatının lideri Mustafa Cəmilov (Krımoğlu) ilə görüşüb.
 
Bu barədə Əminə Cabbar "Tvitter" hesabında yazıb:
 
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Krım Platformasının II Zirvəsində iştirakı və Türkiyənin Ukraynanın ərazi bütövlüyü və suverenliyi məsələsində dəyişməz dəstəyini təqdir edirəm”.
 
Eyni zamanda Ukrayna nümayəndələri Türkiyə Prezidentinin baş məsləhətçisi Yalçın Topçu ilə Krım Platformasının II Zirvəsinin nəticələrini müzakirə ediblər. Bundan başqa, tərəflər Krım tatarları və digər Ukrayna vətəndaşlarını qorumaq üçün bundan sonrakı birgə addımlar ətrafında fikir mübadiləsi aparıblar.
 
Qeyd edək ki, Ukrayna XİN başçısı Dmitro Kulebanın birinci müavini olan Əminə Cabbar bu qurumda Krım türklərinin ilk nümayəndəsidir.
 
Link kopyalandı!
Son xəbərlər