İrəvanda müxalif "Müqavimət” hərəkatının mitinqi keçirilib.
Bu barədə "Sputnik Armenia"xəbər verir.
Mitinq zamanı hərəkatın liderlərindən biri, deputat İşxan Saqatelyan bəyan edib ki, onlar parlament vasitəsilə baş nazir Nikol Paşinyanın istefasına nail olmaq niyyətindədirlər, lakin bunun üçün geniş ictimai təzyiq lazımdır.
Onlar parlamentin üçdə birinin (107 deputatdan 36-sı) köməyi ilə etimadsızlıq votumu irəli sürmək niyyətindədirlər. İki müxalifət partiyasının faktiki olaraq 35 imzası var. Və Paşinyanın getməsinə nail olmaq üçün 50% + 1 səs (54 səs) lazımdır.
Müxalifət 36 səs toplayan kimi prosesə başlayacaq. Bu, 48 saatdan 72 saata qədər vaxt aparacaq, lakin 24 saatlıq rejimdə on minlərlə insanın ictimai təzyiqini təmin etmək lazım gələcək.
"Sabahdan biz müxtəlif qüvvələrlə məsləhətləşmələrə başlayırıq. Biz sizə vaxtaşırı hesabat verəcəyik", - Saqatelyan bildirib.
Qeyd edək ki, müxalifətin mitinqi iki aylıq fasilədən sonra baş tutub. /Qaynarinfo/