Lotoreya udandan sonra qadının ilk işi sevgilisini tərk etmək oldu
Dünya
3342
29 Aug 2022 | 14:57

Lotoreya udandan sonra qadının ilk işi sevgilisini tərk etmək oldu

Böyük Britaniyanın Nottingem şəhərindən olan cütlük Laura Hoyl və Kirk Stevens lotereya cekpotunu udublar, bundan sonra qadın udduğu pulu götürərək sevgilisini tərk edib.
 
Moderator.az Milli.az-a istinadla bildirir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
 
40 yaşlı Hoyl və 39 yaşlı Stivens 2018-ci ildə tanış olublar. Bir müddət sonra Laura sevgilisinin evinə köçüb. Stivensin dediyinə görə, Hoyl icarə haqqını bölüşməyi təklif edib, lakin bunun əvəzinə kişi ondan hər həftə 25 funt-sterlinq dəyərində lotereya biletləri almasını istəyib.
 
1 mart 2021-ci ildə bəxt sevgililərin üzünə gülüb və onlar 3,6 milyon funt-sterlinq məbləğində cek-potu udublar. Ödənişlər 30 il ərzində bölünüb və cütlük hər ay 10.000 funt sterlinq almalı idi. Udduqdan bir il yarım sonra Hoyl Stivensi tərk edib və kişinin dediyinə görə, cekpotu götürüb.
 
Məlum olub ki, hər ikisinə çekin yazılmasına baxmayaraq, uduş hesabı Lauraya məxsus olub. Stivens iddia edir ki, qadın yeni ev alıb və əvvəlki yaşayış yerindən əşyalarını götürüb. "O, hətta itimizi də götürmək istəyir", - kişi deyib.
 
Jurnalistlər qadınla əlaqə saxladıqda o açıqlama verməyib.
 
Link kopyalandı!
Son xəbərlər