Telekommunikasiya nəhəngi Rusiyanı tərk etdi
2984
29 Aug 2022 | 12:49

Telekommunikasiya nəhəngi Rusiyanı tərk etdi

İsveçin telekommunikasiya avadanlığı istehsalçısı “Ericsson” şirkəti ilin sonuna kimi Rusiyadakı nümayəndəliyini bağlayacaq və bütün əməkdaşlarını işdən azad edəcək.
 
Bununla belə, “Ericsson” şirkətinin əməkdaşları işsiz qalmayacaqlar. Belə ki, ixtisaslı əməkdaşlar rusiyalı top menecerlər tərəfindən yaradılacaq yeni şirkətə keçəcəklər.
 
Ekspertlərin fikrincə, “Ericsson”un Rusiyada fəaliyyətini dayandırması müştərilər üçün müəyyən problemlər yaradacaq, xarab olan hissələrin tapılmasında çətinliklər yaşanacaq.
 
Mənbə: Kommersant.ru
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər