Bizi sosial şəbəkələrdən izləyin:
Rusiya Hərbi Hava Qüvvələri Ukraynanın Zaporojye vilayətində yerləşən "Motor Siç" zavoduna məxsus emalatxanaları vurub.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
İddia ilə bağlı Ukrayna tərəfi məlumat yaymayıb. Rusiya Müdafiə Nazirliyi zərbələr nəticəsində itkilərin olub-olmadığını açıqlamayıb.
Qeyd edək ki, "Motor Siç" Ukraynada helikopterlərin təmiri ilə məşğul olan müdafiə sənayesi şirkətidir. Şirkət, həmçinin Türkiyənin "Baykar" şirkətinin "Akıncı" pilotsuz uçuş aparatları üçün mühərriklər istehsal edir.