Çinin şərqindəki Henan və Şandun bölgələrində 35 nəfərdə yeni “Lanqya” virusu aşkar edilib.
75 faiz ölümcül olan “Lanqya” virusunun heyvanlardan insanlara keçdiyi bildirilir.
Virusa yoluxanlar arasında hələlik ölüm faktı qeydə alınmayıb. Mütəxəssislər virusun insanlara sivri siçankimilər növündən keçdiyini iddia ediblər. Xəstələrin əksəriyyəti virusu yüngül formada keçirir, qripəbənzər simptomları olduğu da deyilir.
Xəstəliyin ilk dəfə 2019-cu ildə insanlarda müşahidə edildiyi bildirilir.
Pekin Mikrobiologiya və Epidemiologiya İnstitutunun alimləri xəstəliyin təfərrüatlarını paylaşıblar. “Lanqya” virusuna yoluxmuş şəxslərin simptomları aşağıdakı kimidir:
Yüksək hərarət, yorğunluq (54 faiz), öskürək (50 faiz), iştahsızlıq (50 faiz), əzələ ağrısı (46 faiz), ürəkbulanma (38 faiz).
Bu virusa it və keçilərdə də rast gəlinir. “Lanqya” virusu damcı yolu ilə ötürülür. /Teleqraf.com/