Boris Conson tətilini xanımı ilə Sloveniyada bu oteldə keçirib - FOTO
Dünya
3581
09 Aug 2022 | 09:44

Boris Conson tətilini xanımı ilə Sloveniyada bu oteldə keçirib - FOTO

Böyük Britaniyanın baş naziri Boris Conson tətilini həyat yoldaşı ilə birlikdə Sloveniyadakı beşulduzlu hoteldə keçirib.

O, “Vila Planinka”da dörd gün istirahətdən sonra Londona qayıdıb.

Hökumət başçısının sözlərinə görə, bal ayı “sakitlik və rahatlıq” şəraitində keçib.

“Biz bütün mövcud dağlara qalxdıq, göllərə tullandıq, velosiped sürdük. Biz nəhəng mağaralar gördük!”, - deyə Conson həyat yoldaşı Kerri ilə tətili haqqında danışıb.

Beşulduzlu hotelin sahibi Katya Batagel cütlüyün sadə otaqda qaldığını söyləyib. O, qonaqların çoxlu velosiped sürdüklərini, gəzintiyə getdiklərini və çox aktiv olduqlarını və Consonun yerli mətbəxi bəyəndiyini bildirib.

Qeyd edək ki, hotel otağının bir gecəlik qiyməti 242-542 funt sterlinq arasında dəyişir. Burada “Wi-Fi” və elektron cihazlar yoxdur. (oxu.az)

 

Mənbə: gazeta.ru

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər