Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ hələ də “vahid Çin” siyasətinə sadiqdir və Tayvana müstəqillik verilməsinin tərəfdarı deyil.
Bu sözləri ABŞ Dövlət katibi Entoni Blinken Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) Kambocada keçirilən tədbirlərində çıxışı zamanı söyləyib.
“Bizim “vahid Çin” siyasətinə baxışımızda heç nə dəyişməyib. Biz heç bir tərəfin status-kvonu birtərəfli pozmasını istəmirik. Biz Tayvanın müstəqilliyini dəstəkləmirik”, - deyə E.Blinken vurğulayıb.
Fikrinin tamamında E.Blinken əlavə edib ki, ABŞ Çin və Tayvan arasında olan ziddiyyətlərin məcburiyyət və güc vasitəsi ilə deyil, sülh yolu ilə həll edilməsində maraqlıdır.