Yaponiya qərar verdi:xa0Mərhələli şəkildə Rusiyanın...
2127
10 May 2022 | 15:14

Yaponiya qərar verdi:xa0Mərhələli şəkildə Rusiyanın...

Yaponiya hökuməti Ukraynadakı müharibəyə görə Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların sırasına neft idxalını da əlavə etməyi planlaşdırır.

Moderator.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Yaponiyanın baş naziri Fumio Kişida mətbuat konfransında elan edib.

Baş nazir G-7 ölkələri ilə həmrəylik çərçivəsində Rusiya neftinin idxalına qadağa qoyacaqlarını bildirib:

"Bu, çox çətin bir qərardır, lakin hazırda ən vacibi G-7 ölkələri ilə həmrəylikdir. Rusiya Uzaq Şərq bölgəsindəki neft və qaz layihələrində Yaponiyanın maraqlarını qoruyacaq. “Saxalin-1” və “Saxalin-2” layihələri Yaponiyanın enerji təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb edir. Rusiyadan neft idxalını mərhələ-mərhələ dayandıracağıq”.

Link kopyalandı!
Son xəbərlər