“Səni qan çıxana qədər qamçılayacaqlar...” - Əfqanıstanda arağı rubla necə aldım? - Reportaj
Dünya
Oxunub: 14419
16 Nov 2021 | 02:05
“Səni qan çıxana qədər qamçılayacaqlar...” - Əfqanıstanda arağı rubla necə aldım? - Reportaj

- Kabildə bir şüşə viskini haradan almaq olar?

 

Əfqan tanışım Əhmədin sifəti dərhal ağardı və pıçıltı ilə danışmağımı istədi.

 

- Bu, təhlükəlidir. Qamçı ilə qanın çıxana qədər 10 zərbə ala bilərsən, sonra isə ölkədən qovularsan. Onu satan isə külli miqdarda cərimə ödəyərək 3 aylıq həbsə düşə bilər və 60 qamçı zərbəsi ilə cəzalandırılar. Bu, çox ağrılıdır. 150 dollara (10 600 rubl), bundan aşağı qiymətə satmazlar.

 

Əvvəlki amerikapərəst hökumət dövründə Əfqanıstanda rəflərə alkoqol qoyulmazdı - onu yalnız qara bazarda” əldə etmək mümkün idi. Əfqanıstanın sonuncu yəhudisi Zavulon Simintov verdiyi müsahibəyə görə pulla yox, “maye valyuta” ilə ödəniş tələb edəndə mən qaçaqmalçıların yanına getdim və onlardan yarım litr arağı 50 dollara (3500 rubl) aldım. Kabil barlarında alkoqolu altdan satırlar və o, daha bahadır. İndi “Taliban”dan olan dini fanatiklər hakimiyyətə gəldikdən sonra həbsxana və qamçı təhdidi ilə spirtli içkiləri qadağan ediblər.

 

“AiF”-in müxbiri yoxlamaq qərarına gəlib - görəsən, Əfqanıstanda taliblərin ciddi nəzarəti altında olan “qanunsuz mallar” əldə etmək asandırmı? Beləliklə, Georgi Zotovun Əfqanıstandan növbəti reportajını Moderator.az oxucularına təqdim edirik. 

 

 

“Dadı tam zibil kimidir”

 

“Əsasən “samoqon” məşhurdur - həzaralar bunu buğda və üzümdən çəkirlər, - deyə Əhməd mənə izah edir. - Tam zibildir, “yandırılmış” araq dadı verir: sizdə, Rusiyada doxsanıncı illərdə olduğu kimi. Kommunistlərimizin hakimiyyəti dövründə şərab istehsal olunurdu, lakin taliblər 2001-ci ildə zavodu partlatdı. Heratdan gətirilən evdə hazırlanmış şərab var, amma məsləhət görmürəm - litrini 40 dollara satırlar, amma utanmadan su ilə qarışdırırlar”. Amerikalıların ölkədən qaçmasından sonra spirtli içkilərin satışı ilə bağlı işlərin necə getdiyi ilə maraqlanıram. Belə məlum olur ki, taliblər Kabilə daxil olduqdan sonra bütün alkoqol alverçiləri qeyri-leqal fəaliyyətə keçiblər: onların çoxu “samoqon” aparatlarını basdıraraq gizlədib: “Adətən, “qeyri-qanuni mühacirlər” Əfqanıstan gömrükçülərinə, məmurlarına və polisinə rüşvət verirdilər ki, onların fəaliyyətinə göz yumsunlar. Düz bir ay Əfqanıstanda heç bir pula spirtli içki almaq mümkün deyildi: “qara bazar” taliblərdən dəhşətli dərəcədə qorxurdu - dilerlər “şəriət polisi”nin evlərə yoxlamağa gələcəyini düşünürdülər. Yaraqlılar Norveçin Kabildəki tərk edilmiş səfirliyində axtarış apararaq orada saxlanılan fransız şərabı ehtiyatlarını aşkar şəkildə məhv etdilər. Amma evlərdə axtarış aparmadılar, hər şey yenidən əvvəki vəziyyətinə qayıtdı və onsuz da baha olan içkilərin qiyməti risk səbəbindən üç dəfə artdı”.

 

 

“Etibarlı adamlar tapa bilirlər”

 

“Problem təkcə taliblərdə deyil, ümumiyyətlə vəziyyətdədir, - deyə özünü İsmayıl kimi təqdim edən yaşlı qaçaqmalçı mənə ingilis dilində deyir. - Koronavirus və son döyüşlər səbəbindən sərhədlər bağlıdır və biz Özbəkistan və Tacikistandan həm yerli araq və konyak, həm də Qərb brendləri: viski, rom, tekila alırıq. Əfqanıstanda Zahir şahın hakimiyyətdə olduğu 60-cı illərdən bəri onilliklər ərzində gizli spirtli içki satışı davam edir. Açıq şəkildə heç kim içmir, amma hamı “deficit” malı tapa biləcək etibarlı adamları tanıyır. Alkoqol açıq şəkildə yalnız şuravinin olduğu dövrdə satılırdı, hətta Kabildə bir neçə içki mağazası da var idi. İndi içən varmı? Kimdən soruşsanız, hamı ayıq həyat tərzi sürür, amma mallarımız nədənsə alınır. İnsanlar ad gününü dostları ilə qeyd edir, ailəvi bayramlar keçirirlər. Bu işlər belə edilir: yalnız  şəxsən çoxdan tanıdıqları adamları dəvət edir və bağlı qapılar arxasında içirlər”.

 

 

Əhməd məni çox tez - 15 dəqiqəyə İsmayılın yanına gətirdi.Varlı olmayan adi əfqan evidir. Ev sahibi qonaqpərvərliklə bizə çay tökür, qoz-fındıq gətirir, həyatdan danışır. “Bağışlayın, - deyə sözünü kəsirəm. - Vaxtım çox azdır”. İsmayıl Əhmədə baxıb kədərlə başını bulayır, sanki demək istəyir ki, indki alıcıların adama heç hörməti yoxdur, sonra qapıdan çıxır. Əhməd hər şeydən xəbərdar adam ədası ilə rusca deyir: “Onun orada gizli xəzinəsi var”. İranda spirtli içki alanda heç bir çaysız-filansız məni otağa çağırıb qapını açarla bağlamış və viski yeşiklərini göstərmişdilər... amma Əfqanıstanda heç kim heç yerə tələsmir. İsmayıl qayıdaraq kədərlə əllərini yelləyir: “Viski yoxdur, tədarükçü sözünü tutmayıb. Amma Tacikistandan gətirilən əsl araq var, yaxşıdır - litr yarımını 150 dollara  verəcəm”. “Mənim bu qədərə ehtiyacım yoxdur, yarım litr ver”, - deyə təklif edirəm və dərhal məlum olur ki, İsmayıl kiçik hissələr satmır: “Çox təhlükəlidir, risk özünü doğrultmaya bilər”. Başımı yelləyirəm - yaxşı, “qadağa olunmuş mal”ını gətir, qiymətdə razılaşarıq.

 

 

 “Araq dadı verən kola”

 

Sonra gözləmədiyim bir şey baş verir. Kabil qaçaqmalçısı qarşımıza stolun üstünə şəffaf maye ilə doldurulmuş plastik Coca-Cola qabını qoyur. Mən bir qədər təəccüblənirəm: “Şüşə qabda yoxdur ki?” İsmayıl və Əhməd mənim sualımı təəccüblə qarşıladılar. İsmayıl məni əmin edir: “Butulkalarda saxlamaq təhlükəlidir. Taliblər evimə gəlsə, bu, birbaşa günahımın sübutu olar. Buna görə də onu başqa qablara tökürük və boş şüşələri məhv edirik: etiketləri yuyub butulkaları paketlərə doldururuq və çəkiclə əzib uzağa tullayırıq”. “Bunu necə aparacağımı heç düşünürsüz? - deyə özümü sanki bir cinayətkar kimi hiss edirəm. - Təsəvvür edin ki, taliblər məni saxlayır. “Bu nədir?”. “Coca Cola”. “Bəs niyə şəffafdır?” Onlara nə deyəcəm - “araq dadlı mövsümi koladır?” Alverçi problemi başa düşür, mineral su qabı axtarır, amma tapmır. Yaxınlıqda gedib almağa mağaza da yoxdur. İsmayıl çay stəkanına araq tökür: “Dadına bax, “yanmış” araq deyil. Məndə hər şey dürüstdür, yalansız-falansız”. Mən dadına baxıram. Nə deyə bilərəm, araq kimi araqdır, içmək olar.

 

 

Rublla ödəniş

 

Tacir “qadağan olunmuşları” iki qara sellofan paketə bükür. Özündən təndir kökələri də əlavə edir: “Bu da məndən”. Ödənişdə problem yaranır - onun mənə qaytarmağa nə 50 dolları, nə də əfqan valyutasında tələb olunan məbləği tapılır. “Bank kartınız var? - deyə İsmayıl soruşur. - Siz rublla ödəniş edə bilərsiniz”. Çaşmış halda donub qalıram - gör Əfqanıstanda texnoloji tərəqqi necə inkişaf edib! Amma məlum olur ki, İsmayılın qonşusu Moskvada yaşayır, onlar sonra hesablaşacaqlar. Kartımda tələb olunan məbləğ yoxdur, Samaradakı dostuma whatsapp vasitəsilə yazıram - o, Kabilin “qara bazarına” sponsorluq etməyə razılıq verir və pulu köçürür. Biz evdən çıxıb araqları baqaja yükləyirik. Yolda taliblərin keçid məntəqəsində bizi saxlayırlar. Əhmədin rəngi  kağız kimi ağarır. Mənim də halım pozulur. Patrul işçisi pasportuma baxır. “Rusiya?” “Bəli”. “Sizə yaxşı yol!” Mehmanxanaya qədər Əhməd susur və asta-asta nəfəs alır. Otel otağında isə qapını bağlayaraq qıfılı yoxlayır, pəncərələrin pərdəsini çəkir: “Gəl əsəblərimizi sakitləşdirək” deyib çay stəkanlarına araq tökərək kökələri bölür.

 

 

Mən artıq İranda, Sudanda ən sərt qadağalar altında alkoqolun necə satıldığını görmüşdüm, indi isə Əfqanıstanda şahidi oldum. Və birdən başa düşürəm ki, Qorbaçovun 1985-ci ildə SSRİ-də “quru qanun” bərqərar etmək qərarı nə qədər axmaq idi. Əlbəttə, spirtli içkilərdən ölən çoxdur, amma insanlara izah edib onları inandırmağı bacarmaq lazımdır: 20 il əvvəl arağı dəlicəsinə sevən finlər çoxdan yüngül şəraba keçiblər. Qadağalar nəticə vermir - onlar yalnız mafiyanı zənginləşdirir və insanları saxta içkilərlə zəhərləməyə məcbur edirlər. Yeri gəlmişkən, Əfqanıstanda Qorbaçovu xatırlayırlar. Amma özləri üçün nəticə çıxarmayıblar.

 

 

Tərcümə və təqdim etdi: Miraslan

Oxşar xəbərlər
13:06, Bu gün
Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir
13:02, Bu gün
Gəncədə qanunsuz tikili söküldü - FOTO/VİDEO
12:57, Bu gün
Elnur Məmmədov: “Azərbaycan BƏM-də Ermənistanın iddialarının rədd ediləcəyinə əmindir”
12:52, Bu gün
Türkiyə Milli Suverenlik və Uşaq Bayramı Gününü qeyd edir - VİDEO
12:48, Bu gün
Körpələr evində mənimsəmə: Cinayət işi başlandı
12:44, Bu gün
Bərdədə "Ailə münasibətləri" mövzusunda növbəti tədbir keçirildi - FOTO
12:40, Bu gün
Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİB + FOTO/VİDEO
12:38, Bu gün
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı ilkin etirazlar əsasında dinləmələr keçirilib
12:36, Bu gün
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum oldu
12:33, Bu gün
Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır
12:30, Bu gün
"İran Azərbaycana münasibətdə siyasətini dəyişməlidir" - Qüdrət Həsənquliyev
12:28, Bu gün
Azərbaycandan turist axını 32 % ARTIB
12:25, Bu gün
Bakıda UEFA fitnes məşqçilik kursunun I modulu başlayıb
12:22, Bu gün
Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşdü - FOTO
12:21, Bu gün
Prezident Zelenskini COP29-a dəvət etdi - FOTO
12:18, Bu gün
Oyanmış ayı kəndə gəldi – FOTO + VİDEO
12:17, Bu gün
Əməkdar artist Faiq Sadıqovun son durumu ilə bağlı RƏSMİ AÇIQLAMA
12:14, Bu gün
Qadın 19 yaşlı ögey oğlu ilə qaçdı - FOTO
12:12, Bu gün
Xalq yazıçısı Elçin Əfəndiyevin son durumu AÇIQLANDI
12:08, Bu gün
Qərbi Azərbaycan İcması Ermənistanın söz azadlığını məhdudlaşdırmaq cəhdlərini qınayıb
12:05, Bu gün
Moskva görüşündə 3 əsas istiqamət müzakirə olundu – strateji müttəfiqlik qurulmadı
12:03, Bu gün
"İlham Əliyev son 3 əsrin qəhrəmanıdır" - Zahid Oruc
12:01, Bu gün
18 il ticarət naziri işləyən Struyev yalnız Brejnevlə hesablaşıb - İLGİNC FAKTLAR
11:58, Bu gün
DYP avtobus sürücülərinə xəbərdarlıq etdi - FOTO/VİDEO
11:58, Bu gün
Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib
11:55, Bu gün
Ermənistan KİV: Bağanis istiqamətində müdafiə mövqeyi Azərbaycana təhvil veriləcək
11:52, Bu gün
İnfarktın qulaqda üzə çıxan əlaməti – Həkim açıqladı
11:49, Bu gün
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğvinə dair saziş ratifikasiya olunub
11:45, Bu gün
BDU-da təlim: “Yaşıl enerjiyə keçid dövründə gənclərin rolu” - FOTO
11:41, Bu gün
Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsi başlayıb
11:31, Bu gün
İcma sədri: Qərbi Azərbaycana qayıdış Ermənistanın 30 illik talançılığını üzə çıxaracaq
11:30, Bu gün
Bu 6 tərəvəzi çiy yeyin, yoxsa...
11:28, Bu gün
Siyavuş Novruzov Əli Kərimlini debata dəvət edib: Nə vaxt istəyir, biz hazırıq
11:27, Bu gün
Neftçalada narkotik satmaq istəyən şəxs saxlanılıb
11:25, Bu gün
UNEC-in Elmin Populyarlaşdırılması Mərkəzinin rəhbəri gənc tədqiqatçılarla görüşdü - FOTO
11:21, Bu gün
Bakıda məktəblilərə tütün məmulatları satanlar cərimələnib
11:20, Bu gün
Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib
11:15, Bu gün
Bakıda məktəblilərə siqaret satanlar cərimələndi - VİDEO
11:14, Bu gün
Bu qaydanı pozan sürücülər 200 AZN CƏRİMƏLƏNƏCƏK – RƏSMİ
11:12, Bu gün
Əhaliyə ŞAD XƏBƏR - Bu tarixdə...
11:10, Bu gün
Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var
11:00, Bu gün
“Nə qədər səviyyəsiz, mənəviyyatsız, anasını-atasını tanımayan, kökündən xəbəri olmayan adamlar varsa hamısını reklam edirlər” - FOTO + ÖZƏL
10:57, Bu gün
Sumqayıtda müəllimin ölüm səbəbi bilindi - YENİLƏNİB
10:50, Bu gün
Culfada ağır yol qəzası olub, ölənlər var
10:45, Bu gün
Pendirdən imtina etməyin 4 əsas səbəbi
10:40, Bu gün
“RSK-nın humanitar minatəmizləmə mərkəzi Qarabağda qalacaqmı?”-Rusiyalı ekspert
10:37, Bu gün
Bakıda kafedən pul oğurlayan şəxs saxlanılıb
10:36, Bu gün
Bakıda ağır qəza: “Prius” betona çırpıldı - VİDEO
10:26, Bu gün
İran XİN: Azərbaycanla Ermənistanın delimitasiya ilə bağlı qərarına hörmətlə yanaşırıq
10:21, Bu gün
Kişi azyaşlı övladını danlayan bacısını döydü - MƏHKƏMƏ
10:17, Bu gün
Azərbaycanda tükürpədən QƏTL: Vergi borclarına görə dostunu öldürüb yandırdı - FOTO
10:15, Bu gün
Azərbaycanda zəlzələ oldu
10:13, Bu gün
İkardi bu paylaşımı ilə “Fənərbağça” azarkeşlərini qıcıqlandırdı - FOTO
10:12, Bu gün
Hər gün bir qaşıq zeytun yağı içmək üçün  6 səbəb
10:10, Bu gün
Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb
10:05, Bu gün
BDU-da Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramının təqdimatı olub - FOTO
10:04, Bu gün
Almaniya prezidenti Türkiyə səfərində dönər kəsərək ətrafdakıları qonaq edib - VİDEO
09:58, Bu gün
Əliyev tələb etdi, Ermənistan razılaşdı - 3 variantda delimitasiya ssenarisi
09:56, Bu gün
Xankəndidə silah-sursat aşkarlanıb
09:52, Bu gün
Azərbaycanda zəlzələ olub
09:51, Bu gün
Naxçıvanda müəllimlər qarşılıqlı razılıq əsasında iş yerlərini dəyişə biləcəklər
09:47, Bu gün
Qırğızıstan prezidenti Ağdama gedəcək
09:34, Bu gün
Şəmkirdə mağaza yanıb - VİDEO
09:30, Bu gün
Elmlər Akademiyası Parkında oturacaqlar hansı səbəbə yoxa çıxıb?-“Uşaqlar orada futbol oynayırlar”-AÇIQLAMA+ÖZƏL
09:22, Bu gün
Rayonlarda hava yağıntılı olub, şimşək çaxıb - FAKTİKİ HAVA
09:18, Bu gün
Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO
09:18, Bu gün
Evdə sağlamlıq üçün bunları etmək vacibdir! – 5 TÖVSİYƏ
09:14, Bu gün
Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA
09:11, Bu gün
Nizami rayonunda 41 yaşlı kişini avtomobil vurub
09:10, Bu gün
Azərbaycan nefti cüzi ucuzlaşıb
09:06, Bu gün
Məktəblərdə təhlükəsizlik problemi - iki şagirdin faciəsi kimin üzərindədir?
09:06, Bu gün
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır…
09:00, Bu gün
Toyuğun bu hissələrini yeməyin:  Xərçəng riskini artırır
08:47, Bu gün
Müğənni Şəbnəmin prodüseri vəfat etdi
08:29, Bu gün
Füzuli sakini: Doğma yurda qayıdış hissini yaşamaq möhtəşəmdir
08:19, Bu gün
Şimali Koreyada nüvə təlimləri keçirilib
08:02, Bu gün
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə...-FOTO 
08:00, Bu gün
Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə
07:57, Bu gün
“Wolt”un xanım sürücüsü qəzada xəsarət aldı - FOTO
07:23, Bu gün
Keçmiş məcburi köçkün: “Füzulidən çıxdığımız yadıma düşəndə saatlarla ağlayıram”
07:07, Bu gün
Füzuli sakini: “Qısa müddətdə torpaqlarımızda cənnət yaradıldı”
07:00, Bu gün
Rusiya Odessanı atəşə tutub, yaralananlar var
06:56, Bu gün
Paşinyan "Niyə KTMT üzvü olmaqda davam edirsiz?" sualını belə cavablandırdı...
06:33, Bu gün
Muxtar Babayev Britaniyanın BMT-dəki daimi nümayəndəsi ilə görüşüb
06:28, Bu gün
İranda iki ildə yoxsulların sayı səkkiz milyon nəfər artıb - FOTO
06:00, Bu gün
DƏHŞƏT: Bir ərazidən 5 meyit tapıldı
05:26, Bu gün
Baş ağrılarını kəsən  5 ən effektiv üsul
01:16, Bu gün
Azərbaycanın üç boksçusu Avropa çempionatında günü qələbə ilə başa vurdu
22 Apr 2024 | 23:22
Paşinyan Qarabağ ermənilərinin geri qayıtmasını real hesab etmir
22 Apr 2024 | 23:21
“Rusiya 9 may tarixinə qədər müharibənin taleyini həll etməyə çalışacaq, səbəb...”
22 Apr 2024 | 23:21
Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
22 Apr 2024 | 23:19
Qarabağdan çıxan sülhməramlıların hara yollandığı bəlli oldu - VİDEO
22 Apr 2024 | 23:13
Xalq yazıçısı Elçin Əfəndiyev İstanbulda xəstəxanaya yerləşdirilib
22 Apr 2024 | 22:37
Tayvan sahillərində 24 saat ərzində üçüncü zəlzələ
22 Apr 2024 | 22:35
İlham Əliyev: “Heydər Əliyev amili iki ölkə münasibətlərində həmişə mühüm rol oynayıb və oynayacaq”
22 Apr 2024 | 22:33
"Tramp Konqresdə Ukrayna uğrunda döyüşü uduzub, seçkiləri də uduza bilər" - "The Atlantic"
22 Apr 2024 | 22:12
Ceyhun Bayramov Çex Respublikasına rəsmi səfərə yola düşüb
22 Apr 2024 | 22:02
“Forbes” jurnalı əsas varlanma sahələrini açıqlayıb
22 Apr 2024 | 21:44
Bayden Ukraynaya yardımla bağlı paketi tez bir zamanda imzalayacağını Zelenskiyə söz verib
22 Apr 2024 | 21:39
“Hizbullah” İsrailə raket yağdırdı
GÜNLÜK
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
22 Apr 2024 | 13:48
Bu gün Füzuliyə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO
22 Apr 2024 | 16:29
Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - FOTO
22 Apr 2024 | 15:17
Tanınmış aktrisanın qocalar evində yaşayan anası vəfat edib - FOTO + ÖZƏL
22 Apr 2024 | 14:08
Niyyət edilərək tikilən 110 ilin hamamı uçulur, acınacaqlı vəziyyətdədir - “Göz görə-görə tarix məhv olur” - ÖZƏL + FOTO
22 Apr 2024 | 18:50
Bakı Dövlət Universitetinin görmə məhdudiyyətli tələbəsi - VİDEO
22 Apr 2024 | 13:36
Əhali 33 milyon, şirkətlər 53 milyon depoziti “Access Bank”dan geri çəkib
22 Apr 2024 | 19:27
Taksi qiymətlərində artım var: Səbəb nədir? - VİDEO
22 Apr 2024 | 13:39
Ramiz Mehdiyevin kürəkəninə qarşı 14 iddia – torpaq mənimimsənilməsi, milyonlarla gəlirlərin ələ keçirilməsi...
22 Apr 2024 | 14:28
"Qarabağ Universiteti"ndə bu ixtisas da olacaq
HƏFTƏLİK
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
AYLIQ
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
22 Apr 2024 | 13:48
Bu gün Füzuliyə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO
22 Apr 2024 | 16:29
Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - FOTO
22 Apr 2024 | 15:17
Tanınmış aktrisanın qocalar evində yaşayan anası vəfat edib - FOTO + ÖZƏL
22 Apr 2024 | 14:08
Niyyət edilərək tikilən 110 ilin hamamı uçulur, acınacaqlı vəziyyətdədir - “Göz görə-görə tarix məhv olur” - ÖZƏL + FOTO
22 Apr 2024 | 18:50
Bakı Dövlət Universitetinin görmə məhdudiyyətli tələbəsi - VİDEO
22 Apr 2024 | 13:36
Əhali 33 milyon, şirkətlər 53 milyon depoziti “Access Bank”dan geri çəkib
22 Apr 2024 | 19:27
Taksi qiymətlərində artım var: Səbəb nədir? - VİDEO
22 Apr 2024 | 13:39
Ramiz Mehdiyevin kürəkəninə qarşı 14 iddia – torpaq mənimimsənilməsi, milyonlarla gəlirlərin ələ keçirilməsi...
22 Apr 2024 | 14:28
"Qarabağ Universiteti"ndə bu ixtisas da olacaq