“Arağı torpağa basdırdım” - Küçələr çörək üçün yalvaran dilənçilərlə doludur... - REPORTAJ
Dünya
Oxunub: 15813
04 Nov 2021 | 21:00
“Arağı torpağa basdırdım” - Küçələr çörək üçün yalvaran dilənçilərlə doludur... - REPORTAJ

Taliban” tərəfindən ələ keçirildikdən sonra Kabil necə yaşayır?

 

Moderator.az “AiF”-in müxbiri Georgi Zotovun Əfqanıstandan hazırladığı növbəti reportajı oxucularına təqdim edir.

 

Deyərdim ki, ilk baxışdan heç nə dəyişməyib. Kabildə işıqfor yoxdur, başgicəlləndirən nəqliyyat hərəkəti və elə tıxaclar var ki, Moskva bunun yanında toya getməlidir. Küçəni keçəndən sonra “İgidliyə görə!” medalı vermək lazımdır - sürücülər əyləci basmağı düşünmədən birbaşa piyadaların üzərinə sürdüklərirıdvanlarında şütüyürlər. Mərkəzi Mayvand prospekti hələ də əsl bazara bənzəyir: burada əl ilə nar şirəsi sıxır, Çin zir-zibilləri satır və köhnədən qalma mikroavtobuslardan: “Gəl içəri atıl, yer var!” - deyə qışqırırlar. Gün ərzində bir neçə saatlığa işıq və mobil rabitə kəsilir, gecələr isə kranlardan, demək olar ki, su gəlmir.

 

Sanki yeni hökumət yoxdur... amma əslində var. Kabil ətrafında zirehli maşınlar hərəkət edir, orada “ Lə iləhə illəllah və Muhəmmədən Rəsulullah” yazılı ağ bayraqlar altında iyirmi il dayanmadan dağlarda və mağaralarda NATO-ya qarşı döyüşmüş ölkənin yeni sahibləri oturublar. Qaçan əfqan ordusunun anbarlarından pulemyotlar, başmaqlar və cırıq paltarlar və yeni ABŞ uniformaları ilə. İş adamı Hafizullah Marşid mənə deyir: İlk həftədə burada hər şey dəhşətli idi, hamı “Talibandan  it kimi qorxur və açığı, nə edəcəklərini bilmirdilər. Ancaq sonra öyrəşdilər”. “Nəyə öyrəşdilər ki? soruşduqda “Onlar sadəcə qorxmağa öyrəşdilər cavabını verdi.

 

 

Yuxuda görürəm ki, başımı kəsirlər

 

Mən Əfqanıstan Xarici İşlər Nazirliyinə Kabildən reportaj hazırlamağa icazə almaq üçün gəlirəm. Taliblərdən ofislərdə yalnız qara çalmalı saqqallı rəisləri görmək olur, qalan işçilər isə devrilmiş prezident Əşrəf Qani dövründə işləyənlərdir.

 

Silahlılar dedilər ki, olduğunuz yerdə qalın, sizə toxunmayacağıq, - deyə katib açıq qapıya baxaraq pıçıldayır. - Amma mən tez-tez dəhşət içində oyanıram - yuxuda görürəm ki, taliblər amerikalılarla əlaqəmə görə başımı kəsirlər”.

 

 

Əfqanıstanda iki ay yarımdır ki, heç kim maaş almır - islamçıların pulu yoxdur, amma söz verirlər ki, ən qısa zamanda verəcəklər. Kabilin yol ayrıcında mühafizəçilər dəhşətli xaosdan əziyyət çəkirlər - onlar da əvvəlki rejimin işçiləridir (hətta formaları da  dəyişilməyib), narıncı jiletli fəhlələr onların yanında asfalt çəkirlər.  “Uşaqlar, maaş alırsınız?” - deyə mən soruşuram. “Xeyr, - deyə çiyinlərini çəkirlər. -Taliblər deyirlər ki, Allaha dua edin, pul olacaq”.

 

Taksi sürücüsü mahnının səsini artırır. “Deyirlər silahlılar musiqini qadağan ediblər”, - deyə ondan soruşuram . Cavabında “Mən əhəmiyyət vermirəm, istəyirəm və dinləyəcəm” deyir. Qəribədir. 1996-cı ildə “Taliban” Kabili ələ keçirəndə burada qanlı kütləvi edamlar baş vermişdi - minlərlə əsgər stadionda güllələnmişdi, keçmiş SSRİ dövründəki ölkə prezidenti Nəcibullah işgəncələrə məruz qalaraq xalqın gözü qarşısında asılmışdı, islamçıların əleyhdarlarının boğazı kəsilmişdi. İndi isə hər şey sakit və dincdir. Mənə elə gəldi ki, əfqanlar hətta bir az da məyus olublar.

 

 

İnsan ovçuları

 

““Taliban” 1994-cü ildə yoxsul kişlaklardan olan kəndlilərin hərəkatı kimi başladı”, - deyə 1981-86-cı illərdə Moskvada oxumuş həkim Sibqatulla Məcid izah edir. - Belə insanlar həmişə dində təsəlli tapıblar, onların fanatizmi, qəddarlığı bundan irəli gəlir. Ancaq 27 illik müharibə ərzində ilk “Taliban” komandirləri vəfat etdi və yaxud da döyüşlərdə öldürüldülər, rəhbərliyə başqa insanlar gəldi. Artıq onları smartfonlara, qız məktəblərinə qoyulan qadağalar və qadınlar üçün hər yerdə çadra örtmək məcburiyyəti qane etmir. Bu insanlar da fanatiklərdir, lakin ağılları var - onlara aydındır ki, “Taliban” yenidən bütün dünyaya qarşı çıxa bilməz - Əfqanıstan beynəlxalq humanitar yardım olmadan sadəcə məhv olar. Hərçənd mən təsəvvür edə bilirəm ki, yaraqlıları mənfur amerikapərəst məmurlara qarşı repressiyalardan saxlamaq üçün nə səylər göstərilıb. Bəli, keçmiş talibləri quduz qatillər kimi xatırlayıram. Deyəsən, onların yeni nəsli artıq dərk edib ki, ya sonsuza qədər döyüşəcəklər, ya da Əfqanıstan torpağına elə indi sülh gələcək. Ona görə də heç kimi narahat etmirlər. Amma burada bir sual doğur: görəsən, nə vaxta kimi?”

 

Taliblərin Kabildəki xoş niyyətlərinə az adam inanır və bu, məntiqlidir - xüsusən də onların vaxtilə nə etdiklərini xatırlayanda. Beşulduzlu “Interkontinental” otelinin qarşısında (orada yaraqlıların nümayəndəsi ilə görüşüm var) “Taliban”ın patrulu sənədlərimi yoxlayır... Vəziyyət absurd görünür - cəmi 3 il əvvəl terrorçular bu oteli ələ keçirərək 43 nəfəri, o cümlədən 9 ukraynalı pilot və stüardessanı qətlə yetirmişdilər. Elə son vaxtlara qədər də yaraqlılar əcnəbiləri kəklik kimi ovlayırdılar, amma indi əvvəllər partlatdıqları otellərin dəbdəbəli foyelərində müsahibələr verirlər.

 

Qunduz vilayətinin sözçüsü Molla Mustafa Həbibullaha “Siz günahsız insanlara atəş açırdınız, - deyirəm. - İndi isə unutmağı təklif edirsiniz? Çaydan tələsmədən bir qurtum içərək gülümsəyir. Amerikalılar və onların qulluqçuları ölkəmizdə yüz minlərlə dinc sakini öldürüblər, - deyir. - Bəs buna fikir vermək lazım deyil? Amma biz əvvəlki rejimin cinayətlərinə göz yummağa hazırıq. Qan tökmək kifayətdir. Özlərindən soruşun ki, əfqanlar nəyi sevirlər - müharibəsiz, yoxsa bombalar altında yaşamağı? Əvvəllər axşam vaxtı Kabildə gəzə bilərdinizmi? İndi istədiyiniz qədər gəzin, heç kim sizə mane olmayacaq”.

 

 

Silahlılar və zibil

 

Burada o haqlıdır - Əfqanıstan əvvəlki vəziyyətlə müqayisədə daha təhlükəsiz hala gəlib. “Şəxsən mən razıyam”, - deyə supermarket sahibi Məhəmməd Abdulla etiraf edir. - Cinayətlər demək olar ki, aradan qalxıb çünki taliblərdən qorxurlar, bilirlər ki, hər an öldürə bilərlər. Əvvəllər hər şəhərdə quldurlar tacirləri qarət edib öldürürdülər, indi sükut hökm sürür. Hakimiyyəti ələ keçirəndən sonra taliblər əvvəlcə çaş-baş qaldılar, çünki ölkəni məsciddən əldə avtomatla idarə etmək olmaz. Düşünürdülər ki, amerikalıları “Allahu Əkbər!” sədaları altında əzib öldürəcəklər və hər şey dərhal düzələcək.  Heç də belə deyil. Lazımdır ki, yanacaqdoldurma məntəqələrində benzin olsun, zibil atılsın, xəstəxanalar işləsin - ölkəmizdə koronavirusdan çox adam ölür. “Taliban” üçün bu, şokdur. Belə çıxır ki, Kabili ələ keçirmək kifayət deyil, dövləti idarə etməyi öyrənmək lazımdır. Bir səhra komandiri mənə kədərlə demişdi ki,  döyüşmək daha asan idi. Yaxşı ki, daha meydanlarda əlləri kəsmirlər, edamlar təşkil etmirlər”. ”Əminsiniz ki, sonra yenidən başlamayacalar?”-deyə soruşuram. “Bilmirəm, heç istəməzdim” - deyir.

 

 

Taliblər rahatlaşıb

 

Əfqanıstanda asan qələbə əldə edən yaraqlılar eyforiya içindədirlər. Əvvəllər Kabilin mərkəzində hərbçilərin maşınlarını, bəzən də sərnişinləri yoxlayan bir neçə keçid məntəqəsi var idi. Terrorçu-kamikadzelərin binaya girməsini çətinləşdirmək üçün nazirliklər iki beton divarla əhatə olunardı. Ziyarətçiləri metalaxtaran vasitəsilə yoxlayıb onların şəxsi əşyaları qarışdırardılar. İndi rahatlıqla içəri keçirəm, postda olan döyüşçü gözünün ucu ilə jurnalist vəsiqəsinə baxıb əlini yelləyir. Ticarət mərkəzinin girişində də məni axtarmadılar. Taliblər rahatlaşıblar, onlar üçün artıq təhlükə olmadığını düşünürlər. Doğrudur, məscidlərdə (ehtimal ki, İŞİD yaraqlılarının işidir ) terrorçu-kamikadze tərəfindən bir neçə böyük güclü partlayışlar olsa da, Taliban buna çox əhəmiyyət vermir. Dünən Kabildə iki xəstəxana partladıldı - onlardan birinin partlayış səsini mən şəxsən eşitdim. Bu cür biganəlik gec-tez öz başlarında çatlayacaq. Taliblər özləri terror aktlarını təşkil etməyə öyrəşmişdilər, indi isə terrorçular onları öldürür və onlar nə edəcəklərini bilmirlər.

 

 

Səhər tezdən bankların qarşısında izdiham görürəm - Kabildə bankomatlar işləmir, insanlar əmanətlərini çıxarmaq üçün gecədən növbəyə dururlar: həftədə maksimum 10 000 əfqani  verilir.

 

Rusiyadan gətirdiyim iki butulka araq saxlamışdım, - deyə həkim Məcid gülür. - Taliblər gəldi, qorxdum, düşündüm ki, mənzillərə girəcəklər, qadağan olunmuş içki axtaracaqlar: evin yanında torpağa basdırdım. İndi fikirləşirəm ki, onu çıxarıb içmək lazımdır, deyəsən hər şey sakitdir. Taliban” məni qane edir, onlarda nizam var. Bu yaxınlarda sürücülük vəsiqəsi aldım, onu yarım saata verdilər: həmin məmurlar altı ay əvvəl 100 dollar rüşvət almadan barmaqlarını belə tərpətməzdilər”.

 

Buna baxmayaraq, Əfqanıstanın bəlaları aradan qalxmayıb: ərzaq bahalaşır, küçələr bir tikə çörək üçün yalvaran dilənçilərlə doludur. Əgər taliblər iqtisadiyyatın öhdəsindən gələ bilməsə, problemlərini düşmənlərinin üzərinə atmalı olacaqlar. Və bu problemlər yetərincə olacaq.

 

Tərcümə və təqdim etdi: Miraslan

Oxşar xəbərlər
16:27, Bu gün
Hindistanın baş naziri Moskvada Putinlə görüşdən sonra Kiyevə yollanıb
16:20, Bu gün
Bu tarixdə Bakıda 10 günlük karantin olacaq?
16:12, Bu gün
Şəkidə 4 tondan artıq çətənə kolu məhv edildi
16:05, Bu gün
Sel bir kəndin yolunu uçurdu, giriş-çıxış bağlandı - FOTO
15:58, Bu gün
Torpaq sürüşməsi Şamaxı sakinlərini təhlükəli vəziyyətdə qoydu: "Evlərimiz gedir, baxan yoxdur!" - VİDEO
15:51, Bu gün
Azərbaycanın güllə atıcısı olimpiadada 24-cü oldu
15:44, Bu gün
Bakıda yolda DAVA: sürücülərdən biri digərinə bıçaq çəkdi - VİDEO
15:37, Bu gün
"Almaniya Avropa İttifaqında liderliyini itirir" - "The Economist"
15:30, Bu gün
Əhaliyə ödənilən sosial ödənişlərin məbləği açıqlandı
15:23, Bu gün
Olimpiya hərəkatının Fransa ləkəsi – III Reyxin etmədiyi pisliyi Yelisey edib - TƏHLİL + FOTO
15:16, Bu gün
Parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlandı
15:09, Bu gün
Zaxarova Paris-2024-ün açılış mərasimini tənqid etdi
15:02, Bu gün
Fransa dünyada ifşa olundu - Paris Olimpiadasında nələr baş verir?
15:00, Bu gün
Kəlbəcər rayonuna ilk dəfə infotur təşkil edilib VİDEO
14:55, Bu gün
Deputatlığa namizədlərin sayı AÇIQLANDI
14:48, Bu gün
Növbədənkənar parlament seçkisi ilə əlaqədar neçə bülleten çap ediləcək?
14:41, Bu gün
Azərbaycan idmançısı olimpiadaya UĞURLU START verdi
14:38, Bu gün
Bakı Zooloji Parkı mediadan NİYƏ QAÇIR?
14:33, Bu gün
Rüfətdən Elza Seyidcahana SƏRT SÖZLƏR
14:26, Bu gün
Kamilə toy tarixini açıqladı
14:19, Bu gün
“NKVD”-nin cəza poliqonları – Stalin nazirin bağ evini də ölüm düşərgəsinə çevirib
14:12, Bu gün
Fransadan Azərbaycana qarşı növbəti təxribat: Bakı cavab tədbiri görəcək?
14:05, Bu gün
Nikol Bakının dəvətini qəbul edəcək? - Rusiyadan baxış
13:57, Bu gün
Nazirləri "mavi" olan ölkənin şeytan şousu - Dinlər belə ələ salındı - FOTO/VİDEO
13:50, Bu gün
Ev tikmək istəyən torpaq sahiblərinə BƏD XƏBƏR
13:44, Bu gün
Çarlz Veyli: "Mina təhlükəsi Qarabağın sürətli inkişafına ciddi maneədir" - FOTO
13:38, Bu gün
Çağırışçılarla döyüş hazırlığı üzrə məşğələlər keçirilir - FOTO/VİDEO
13:32, Bu gün
Beynəlxalq səyyahlar minaların zərərsizləşdirilməsi prosesini izlədi
13:25, Bu gün
İlansancmaları zamanı zərdab tapılmır? - "Ölkədə istehsalı gözlənilir"
13:18, Bu gün
"Azərbaycan və Türkmənistanın elmi-mədəni-iqtisadi əlaqələri müstəqillik illərində yeni inkişaf mərhələsinə qədəm qoyub" - Cavanşir Feyziyev
13:11, Bu gün
Vətəndaşların 43 min manatını mənimsəyən şəxs saxlanıldı - VİDEO
13:04, Bu gün
“Soros uşaqları”nın kadastr sənədi olmayan ölkəsi ilə bağlı təhlükəli plan - Qərb Ermənistanı savaşa çəkir
12:58, Bu gün
Paris-2024: Cüdoçumuz mübarizəni dayandırdı
12:53, Bu gün
AFFA rəsmisi Türkiyə klubunun oyununa təyinat aldı
12:48, Bu gün
"Bəbirləri mühafizə edək!" ekoloji yay düşərgəsi keçirilib - FOTO
12:42, Bu gün
Bazar gününün HAVA PROQNOZU açıqlandı
12:35, Bu gün
Açılış mərasimində oyunların emblemi olan bayraq tərs qaldırıldı - VİDEO
12:32, Bu gün
Azərbaycan idmançısı Paris-2024-ə məğlubiyyətlə başladı
12:28, Bu gün
"İrəvana ikiqat cavab verilməlidir ki, sülhdən başqa sözü olmasın" - Fazil Mustafa
12:22, Bu gün
Paşinyan yeni diaspor yaradır - ŞƏRH + FOTO
12:17, Bu gün
"Deyirdilər təhsili yoxdur, bu necə aktrisa olub, balerina necə klinika aça bilər, amma…?”- Leyla Şıxlinskayadan MARAQLI AÇIQLAMALAR
12:16, Bu gün
Ağcabədidə son 1 ayda narkotiklərlə əlaqəli 20 nəfər saxlanılıb
12:12, Bu gün
Ağadadaş Ağayevin son durumu açıqlandı: “Əgər səhhəti əl versə...”
12:08, Bu gün
“Fitch Ratings”dən Azərbaycanın dövlət borcu ilə bağlı PROQNOZ
12:05, Bu gün
Ayaq qoxusunu yox etmək üçün 5 SADƏ ÜSUL
12:02, Bu gün
Həmin hədəflər vurulacaq: Azərbaycan xəbərdarlıq etmişdi
11:59, Bu gün
Dəhşətli qətlin təfərrüatları: “Arvadının başını kəsib özü ilə apardı”
11:56, Bu gün
Polşalı səyyah Xudafərin körpüsünün UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmasını vacib sayır
11:54, Bu gün
Qida mütəxəssisi həyəcan TƏBİLİ ÇALIR: “Evdə düzgün konserv olunmayan meyvə və tərəvəzlər zəhərlənməyə, ölümə səbəb olur”
11:48, Bu gün
“Pezeşkian soydaşlarımızın bu tələbini  tamlığı ilə yerinə yetirməyəcək...”
11:45, Bu gün
Nigarla Mehin kimə söz atır?
11:42, Bu gün
Tramp prezident seçilərsə…
11:41, Bu gün
Türkiyədə fahişəliyə məcbur edilən azərbaycanlı qadınlar TUTULDU
11:40, Bu gün
Soyuq duşun FAYDALARI- Əzələlərin bərpası, stress... 
11:38, Bu gün
Bu giləmeyvə insanı xərçəngdən qoruyur
11:36, Bu gün
İranın yeni seçilən prezidenti sabah and içəcək
11:35, Bu gün
İxtisas seçimi bu tarixdə BAŞLAYIR
11:31, Bu gün
“Deyir, üçüncü uşaq olmasa, səni boşayacağam” - FOTO
11:30, Bu gün
“İbrahim anlaşması”nın TƏHLÜKƏSİ - Cənubi Qafqazda vəziyyət GƏRGİNLƏŞƏCƏK
11:25, Bu gün
Cavanşir körpüsü ərazisindəki yol nə vaxt hazır olacaq? - VİDEO
11:21, Bu gün
Noyabrda Bakıda toylar keçirilməyəcək? - VİDEO 
11:19, Bu gün
Əməkhaqları bu vaxt artırılacaq: İlk kateqoriya müəyyənləşib - Şərtlər açıqlandı
11:15, Bu gün
Kəlbəcərə ilk dəfə infotur təşkil edildi - FOTOLAR
11:14, Bu gün
Yağan intensiv yağışlar nəticəsində bəzi çaylardan sel keçib
11:07, Bu gün
FHN əhaliyə müraciət etdi
11:00, Bu gün
Bu xidmət Şəkidə PULSUZ OLDU 
10:52, Bu gün
"Real" 16 yaşlı argentinalı futbolçunu transfer edir
10:47, Bu gün
Bürclərin hansı gizli zəif cəhətləri yaşamağa mane olur?
10:45, Bu gün
Azərbaycanda daha hansı banklar bağlanacaq?
10:41, Bu gün
DYP-dən sürücülərə XƏBƏRDARLIQ
10:39, Bu gün
Taksilərin zolaq PROBLEMİ - Sürücülər yeni cərimələrdən NARAZIDIR - VİDEO
10:35, Bu gün
Bakıda xanım sürücünün maşınından içi dolu çantası oğurlandı - HADİSƏ ANI
10:32, Bu gün
"Marketlərdə anarxiya var, xurmaya qurd düşürsə, demək..." - Ekspert
10:29, Bu gün
Bu məmurlar istefa verəcək - İcra başçısı, səfir..
10:24, Bu gün
Xərçəngsən dedilər, ağciyərindən bibər çıxdı
10:15, Bu gün
Arazdəyənin üzərində Bayrağımız dalğalanır - FOTO
10:15, Bu gün
Dadlı meyvə salatını necə hazırlayaq? - SADƏ ÜSUL
10:11, Bu gün
“Pompeonun Ukraynadakı müharibəni bitirmək üçün 500 milyardlıq planı ən real plandır...”
10:09, Bu gün
PSJ "Barselona"nın bu futbolçunu almasına imkan verməyəcək
10:02, Bu gün
Abşeronda bir azyaşlı körpə hovuzda boğulub
09:56, Bu gün
"Ermənistan Hindistandan bu ölkə üçün silah alır"
09:49, Bu gün
Bəzi bölgələrə leysan yağıb - FAKTİKİ HAVA
09:43, Bu gün
Bakiç “Şamaxı”da
09:37, Bu gün
Yeddinci mərtəbədən yıxılan azyaşlı sağ qaldı
09:30, Bu gün
Ucarda meşəlik ərazidə çətənə kolları yetişdirən şəxs saxlanılıb
09:22, Bu gün
“Google” erası başa çatır - "OpenAI" yeni axtarış sistemini işə salır
09:14, Bu gün
“Harris qalib gəlsə, III Dünya müharibəsi baş verəcək”
09:07, Bu gün
3 arvadı var, gənc xanım saxlayır - Xalq artistinin gəlinindən şok iddia - VİDEO
09:00, Bu gün
Məşhurlardan biri balta ilə hədə-qorxu gəldi - FOTO
08:49, Bu gün
Paşinyan Bakıya “səfəri”ndən niyə şou düzəldir?
08:37, Bu gün
Azərbaycan bazarını ələ keçirən Çin avtomobilləri: Üstünlükləri nələrdir?
08:28, Bu gün
Zeytun belə yeyildikdə “zəhər”ə çevrilir
08:19, Bu gün
Qəhvəni bu saatlarda içməyin – DİQQƏT!
08:17, Bu gün
Sərxoş "FSB" agenti Paris Olimpiadasında törədəcəyi  təxribatdan danışdı...-VİDEO
08:11, Bu gün
İtaliya 10 il fasilədən sonra BUNU ETMƏYİ PLANLAŞDIRIR 
07:59, Bu gün
Üzünü görən hamı ondan qorxurdu - kişi "İfritə"nin SİRLƏRİ
07:53, Bu gün
Alimlər ilk görüşlərdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar
07:41, Bu gün
Niyə kənd yumurtası?
02:30, Bu gün
Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib - YENİLƏNİB
02:13, Bu gün
Telefonla bizi necə izləyirlər? - Mütəxəssislərdən XƏBƏRDARLIQ
GÜNLÜK
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 17:00
"Belə davam edə bilməz": üç ölkə İsrail, İran və HƏMAS-a birgə müraciət ünvanladı
26 Jul 2024 | 20:49
Ukrayna cəbhəsindən geri dönən keçmiş məhbusların yaratdığı təhlükə...
26 Jul 2024 | 21:35
Röya rəqsi ilə diqqət çəkdi – VİDEO
26 Jul 2024 | 18:25
Kreditlə bağlı yenilik - Zamin tələbi ləğv olunur?
26 Jul 2024 | 17:06
Keçmiş məmurun oğlu dənizdə batdı - FOTO
26 Jul 2024 | 16:49
Aİ Cənubi Qafqaza yeni xüsusi nümayəndə təyin etdi
HƏFTƏLİK
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
21 Jul 2024 | 08:11
Uğur Qapıları açılacaq: 23 İyuldan etibarən həyatlarında ağ zodiak başlayacaq 2 Bürc
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
24 Jul 2024 | 07:29
Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
24 Jul 2024 | 14:16
Ağadadaş Ağayevin qohumundan inanılmaz iddia - 3-4 gün əvvəl ailə üzvləri ilə...
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
24 Jul 2024 | 09:30
Revanşist Baqrat bu dəfə Göyçədə pərt oldu...-Ruhanilər qarşılamadı...-FOTO
25 Jul 2024 | 20:43
Bütün növ pensiyalar artacaq – AÇIQLAMA
AYLIQ
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 17:00
"Belə davam edə bilməz": üç ölkə İsrail, İran və HƏMAS-a birgə müraciət ünvanladı
26 Jul 2024 | 20:49
Ukrayna cəbhəsindən geri dönən keçmiş məhbusların yaratdığı təhlükə...
26 Jul 2024 | 21:35
Röya rəqsi ilə diqqət çəkdi – VİDEO
26 Jul 2024 | 18:25
Kreditlə bağlı yenilik - Zamin tələbi ləğv olunur?
26 Jul 2024 | 17:06
Keçmiş məmurun oğlu dənizdə batdı - FOTO
26 Jul 2024 | 16:49
Aİ Cənubi Qafqaza yeni xüsusi nümayəndə təyin etdi