“Burda hər gün ilə bərabərdir” - Puli-Çarxinin divarları arxasında nələr baş verib… - REPORTAJ
Dünya
Oxunub: 14838
18 Sep 2021 | 13:56
“Burda hər gün ilə bərabərdir” - Puli-Çarxinin divarları arxasında nələr baş verib… - REPORTAJ

 

“Taliban” Əfqanıstanın ən dəhşətli həbsxanasındakı məhbusları azad etdi

 

Artıq bir aydır ki, radikal “Taliban” hərəkatı Əfqanıstan üzərində tam nəzarət edir. Silahlılar bir neçə həftə ərzində ölkəni ələ keçirdilər və keçmiş rəhbərliyi öz güc qüvvələri ilə birlikdə qaçmağa məcbur etdilər. Daxili vəziyyətlə tanış olan mənbələr həbsxanadan çıxan məhbusların “Taliban”ın mübarizəsində mühüm rol oynadıqlarını iddia edirlər. Əvvəlki rejimə qarşı ən qətiyyətli və barışmaz döyüşçülər Əfqanıstanın ən iri həbsxanası Kabil kənarındakı Puli-Çarxidə tapıldı. Mövcud olduğu müddətdə bu məkanın adı işgəncə, təcavüz və qətllə sıx əlaqədə hallandırılıb. Moderator.az Lenta.ru-nun əməkdaşının Puli-Çarxi və onun məhbusları ilə bağlı hazırladığı reportajı oxucularına təqdim edir.

 

Kütləvi qəbirlər və elektrik stulları

 

“Orada oturub Allaha dua edirdim ki, elə buradaca ölməyimə icazə versin. Və ölə bilməsəm, buradan çıxmağım üçün yol açsın”, - deyə Əfqanıstanın ən iri həbsxanası Puliarxinin məhbuslarından biri danışır.


Bura 1980-ci illərdə respublikanın o vaxtkı başçısı Məhəmməd Daudun əmri ilə inşa edilib. Həbsxananın açılması sözün əsl mənasında onun ilk əmrlərindən biri olub: 1978-ci ildə Daud Əfqanıstan Sosialist Xalq Demokratik Partiyasından solçu radikalların və sağ millətçilərin dəstəyi ilə hərbi çevrilişə rəhbərlik edib və kral Zahir şahı devirib. Yeni hökumət ölkəni öz baxışlarına görə yenidən qurmağa və geniş miqyaslı repressiyalar təşkil etməyə başlayıb - bu məqsədlə yeni həbsxanaya ehtiyac yaranıb.

 

                  

       Puli-Çarxi həbsxanasının giriş qapısındaki mühafizəçilər, 2004-cü il

 

O qəddar dövr haqqında çox az şey məlumdur: yalnız 2006-cı ildə həbsxana ərazisində aşkar edilmiş kütləvi məzarlar var. Bəzi məlumatlara görə, kütləvi məzarlıqda təxminən iki min insan dəfn edilib, bir çoxu diri-diri basdırılıb. Mütəxəssislər qətliamın 1978-1986-cı illər aralığında baş verdiyini düşünürlər. Həmin vaxt ölkədə Əfqanıstan kommunistləri hakimiyyətdə gəlmişdi, ardınca vətəndaş müharibəsi başlamışdı.

 

“Kommunistlərin hər gecə bizi kameralarımızdan necə çıxardığını xatırlayıram. Kiməsə elektrik stulunda işgəncə verilirdi... Digərlərini öldürürdülər. Hər axşam 60 adam həbsxananın qarşısına çıxarılırdı. Sıraya düzüb güllələyəndən sonar çuxura atırdılar”, - deyə Puli-Çarxidə yatan məhbuslar xatırlayır. Həmin hadisələrin şahidləri möcüzə sayəsində sağ qaldıqlarını düşünürlər.

 

                  “Taliban” yaraqlıları Puli-Çarxi həbsxanasının boş ərazisindən keçir

 

O vaxtdan bəri Puli-Çarxinin adı repressiya və təqiblərlə sıx hallanıb. 1996-cı ildə “Taliban” hakimiyyətə gəldikdən sonra da heç nə dəyişməyib. Taliblər də eyni repressiyalar və məhdudiyyətlərlə yadda qalıb.

 

“Əsl cinayətkarlar polislərdir”

 

Əfqanları bütün bu xatirələrin yaratdığı ağrıdan yalnız ölkədəki qlobal demokratik dəyişikliklər xilas edə bilərdi. Belə dəyişiklik şansı 2001-ci ildə Əfqanıstana müdaxilə edərək “Taliban” hökumətini qovan xarici qüvvələrin gəlişindən sonra yarandı. Yeni hökumət təkcə azadlıqda yaşayan əfqanlar üçün deyil, həbsxanada olanlar üçün də vəziyyətin yaxşılaşacağına söz verdi.

 

Bəziləri keçmiş məhbus olan “Taliban” yaraqlıları Puli-Çarxi həbsxanası ərazisində söhbət edir

 

Ancaq əslində işlər daha da pisləşdi. Puli-Çarxi ağzına qədər dolmuşdu: o maksimum beş min məhbus üçün nəzərdə tutulsa da, təxminən 10 minə yaxın adamla dolu idi. Həbsxana mühafizəçiləri məhbus qadınları daim zorlayır, eyni zamanda digər məhkumları döyür və işgəncə verirdilər (bədənlərinə elektrik cərəyanı verir, qarmaqdan asır, ac saxlayırdılar). Siyasətçilər və hüquq müdafiəçiləri saxlanılma şəraitinin yaxşılaşdırılması tələbləri ilə Əfqanıstan hökumətinə mütəmadi olaraq müraciət edirdilər.

 

Lakin həbsxana mühafizəçiləri dəyişməyə tələsmirdilər. Xüsusən “Taliban” və “Əl-Qaidə” üzvlərinə əzab verməyi çox sevirdilər. “Əsl cinayətkarlar bizi qorumalı olan polislərdir... Bu həbsxana Quantanamodan da pisdir”, - deyə məhbuslardan biri BBC-yə bildirib.

 

“Rəy sorğusunda iştirak edənlərin əksəriyyəti tibbi xidmətdən məhrum olduqlarını, üç ay günəş işığı düşməyən otaqlarda saxlanıldıqlarını söyləyirlər. Çoxları məhbuslarla heyvan kimi davranan ABŞ ordusunun pis rəftarından şikayətçidir” - BMT-nin 2015-ci ildə Əfqanıstandakı həbsxana şəraiti ilə bağlı hesabatında belə yazılır.

 

Bir çox məhbuslar ümidsizliyə qapılaraq silahlı iğtişaşlar törədirdilər. 2008-ci ildə məhbus taliblər bir həftə davam edən aclıq aksiyasından sonra bir neçə mühafizəçini girov götürüb şəraitin yaxşılaşdırılmasını tələb etmişdilər.

 

Qələbəyə aparan yolda

 

2021-ci ilin yayında ölkəyə nəzarəti yenidən ələ alan “Taliban” əyalətləri ələ keçirməklə yanaşı, bir çox məhbusu da azad etdi. Əfqanıstan kəşfiyyatının məlumatına görə, sərbəst buraxılanların 80 faizdən çoxu yaraqlılara qoşulub və onların şəhərləri mühasirəyə almalarına kömək edib.

 

Əfqanıstanlı bir siyasətçi iddia edir ki, “Taliban” şəhərlərə girməzdən əvvəl həbsxanaları ələ keçirdi, çünki məhbusların köməyi olmadan paytaxta irəliləyə bilməzdilər. “Onlar yalnız öz adamlarını, “Taliban” üzvlərini və ya müttəfiq qruplaşmaların nümayəndələrini sərbəst buraxdılar. “Taliban” rəqiblərini, məsələn, İŞİD üzvlərini isə həbsxanalarda saxladı”, - deyə “The New York Post” qəzetinin mənbəsi iddia edir.

 

                Taliban döyüşçüsü, Puli-Çarxi həbsxanasının yeni nəzarətçisi

 

Taliblər ən güclü dəstəyi Puli-Çarxidə tapdı: oradan hərəkatın ən azı yeddi min tərəfdarı sərbəst buraxıldı.

 

Bir vaxtlar barmaqlıqlar arxasında oturanlar indi səhra komandirləridir. Bəziləri “Associated Press” jurnalistlərinə və öz yoldaşlarına hansı şəraitdə yaşadıqlarını göstərmək üçün şəxsən həbsxanaya qayıtmaq qərarına gəliblər. Jurnalistlərə boş dəhlizlər və kameralar göstərilib: yeni mühafizəçilərin sözlərinə görə, həbsxanada cəmi 60 nəfər qalıb, onların çoxu narkotik alveri və digər cinayət əməllərinə görə məhkum edilənlərdir.

 

                            Taliblər Puli-Çarxi həbsxanasındakı boş kameraya girir

 

Bir çox “Taliban” döyüşçüsü Kabil və Puli-Çarxidə ilk dəfə idi olurdu. Onlar hələ də kiminsə paltarı, xalçaları və su şüşələri qalan boş kameraları  maraqla izləyirdilər. Silahlılardan biri yaxşı vəziyyətdə olan bir cüt ayaqqabı tapıb və dərhal köhnəlmiş səndəllərini dəyişib. Başqa bir kamerada daha yaxşı ayaqqabılar var idi - terrorçu onları yenidən dəyişdi. Taliblər həmçinin keçmiş məhbuslardan qalmış dəmir qutu və plastik butulkalardan düzəldilmiş ştanqlarla məşq nümayiş ediblər.

 

      “Taliban” döyüşçüsü Puli-Çarxi həbsxanasında məhbuslardan qalan əldəqayırma ştanqla

 

“Dəmir barmaqlıqlar arxasında keçirdiyim günləri xatırlayanda özümü iyrənc hiss edirəm. Bu, həyatımın ən dəhşətli vaxtıdır və indi inanılmaz dərəcədə xoşbəxt bir insanam, tamamilə azadam”, - deyə yoldaşlarını həbsxanaya “ekskursiyaya” gətirən keçmiş məhbus bildirib.

 

“İntiqam almaq istəmirik”

 

Keçmiş mühafizəçilər “Taliban” Kabilə yaxınlaşan kimi həbsxananı tərk etdilər – bilirdilər ki, yaraqlılar dərhal qisaslarını alacaqlar. Lakin hərəkatın nümayəndələri, kommunistlərin və ya qərbyönümlü hökumətin dövründə olduğu kimi, rəqiblərini cəzalandırmayacaqlarını və Puli-Çarxi divarları xaricində onları incitməyəcəklərini söyləyirlər.

 

“Biz qisas almaq istəmirik. Keçmiş hökumətə işləyən hər kəs üçün amnistiya elan etmişik. Bütün Əfqanıstan polisləri və əsgərləri bağışlandı”, -  deyə həbsxananın hazırkı rəhbəri Şərafətullah Xozeyfa bildirib.

 

                         Taliblər məhbusların saxlandığı Puli-Çarxi ərazisində

 

Taliblərin bunu Əfqanıstan xalqına və dünyaya sübut etmək üçün bir ay vaxtı vardı. Sözlərini tutmağa çalışsalar da, avqustun 15-dən bəri ölkədən mülki şəxslərin vəhşicəsinə qətlə yetirildiyi barədə mütəmadi məlumatlar gəlir. Bu səbəbdən yüzlərlə əfqanın xarici əsgərlərlə birlikdə ölkəni tərk etmək çün Kabil beynəlxalq hava limanına axışması təəccüblü deyil.

 

Beynəlxalq ictimaiyyət yaraqlıların rəhmli olacaqları ilə bağlı vədlərinə inanmağa tələsmir. Belə ki, son bir ay ərzində yeni hökumət nə Rusiya, nə ABŞ, nə də Avropa Birliyi tərəfindən tanınıb. Ölkələr də Əfqanıstana maliyyə və humanitar yardım göstərməyə tələsmirlər, baxmayaraq ki, onsuz ölkə iqtisadiyyatı çökə və minlərlə insan yoxsulluqdan əziyyət çəkə bilər.

 

Yeni hökumət dövründə dəmir barmaqlıqlar arxasında qalanlar da mərhəmət gözləyirdilər, lakin artıq ümidlərini itirirlər. Məsələn, bu yaxınlarda həbs olunaraq Puli-Çarxidə saxlanılan 22 yaşlı məhkum Məhəmməd jurnalistlərə deyib: “Taliban” dövründə həbsxana şəraitinin yaxşılaşacağına ümid bəsləməyə dəyməz”.

 

        Bu yaxınlarda həbs olunan məhbuslar Puli-Çarxi həbsxanasında namaz qılırlar

 

Məhəmməd özü və üç dostunun haqsız yerə həbs olunduqlarını deyir. “Yemək almaq üçün bir otelə getmişdik. Toyuq və çörək aldıq, hamısı birlikdə 500 əfqaniyə başa gəldi. Amma kassada dedilər ki, borcunuz 750 əfqanidir... Pulum olmadığını dedim, qalan məbləği gətirənə qədər telefonumu girov qoymağı təklif etdim. Sonra taliblərdən biri gələrək bizi döydü və həbsxanaya gətirdi”, - deyə məhkum xatırlayır. Onun sözlərinə görə, ailəsinin hələ də ondan xəbəri yoxdur.

 

Adam iddia edir ki, taliblərin onu günahlandırmaq üçün heç bir sübutu olmasa da, çətin ki onu azad etsinlər. O, həbs edildikdən sonra “Taliban”ın dövründə demokratiyanın bərpasına ümid etməyənlərin sırasına qoşuldu. “Burada hər gün ilə bərabərdir. Əgər hər hansı bir müsəlman məni eşidirsə, mən günahsızam. Mən burdayam... Hələ də heç kim gəlmir”, - deyə Məhəmməd kömək istəyir.

 

Tərcümə və təqdim etdi: Miraslan 

Oxşar xəbərlər
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:53, Bu gün
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - YENİLƏNİB
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
28 Mar 2024 | 21:25
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mar 2024 | 21:16
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
28 Mar 2024 | 21:07
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
28 Mar 2024 | 20:58
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 20:41
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 20:28
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
28 Mar 2024 | 20:25
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
28 Mar 2024 | 20:15
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
28 Mar 2024 | 20:13
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
28 Mar 2024 | 20:11
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 20:06
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
28 Mar 2024 | 19:59
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
28 Mar 2024 | 19:50
Əfqanıstanda güclü zəlzələ baş verib
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:27
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
28 Mar 2024 | 19:18
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
28 Mar 2024 | 19:11
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
28 Mar 2024 | 19:08
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
28 Mar 2024 | 19:05
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
GÜNLÜK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 11:02
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 10:34
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
28 Mar 2024 | 10:40
Los Ancelesdə yaşayan azərbaycanlı həkim
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 11:16
Metroda niyə zibil qabı yoxdur?
28 Mar 2024 | 11:25
Ukrayna rus və erməni dillərini qaraçı dili ilə eyniləşdirdi...-RƏSMİ
28 Mar 2024 | 10:53
İdeal səhər rejimi necə olmalıdır?
28 Mar 2024 | 11:07
“Radikal dini cərəyanlarla, terrorla mübarizədən günahsız adamlar zərər çəkməməlidir...”
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 11:02
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 10:34
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
28 Mar 2024 | 10:40
Los Ancelesdə yaşayan azərbaycanlı həkim
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 11:16
Metroda niyə zibil qabı yoxdur?
28 Mar 2024 | 11:25
Ukrayna rus və erməni dillərini qaraçı dili ilə eyniləşdirdi...-RƏSMİ
28 Mar 2024 | 10:53
İdeal səhər rejimi necə olmalıdır?
28 Mar 2024 | 11:07
“Radikal dini cərəyanlarla, terrorla mübarizədən günahsız adamlar zərər çəkməməlidir...”