Birləşmiş Millət Uşaqlara Yardım Fondu (UNICEF) təxminən 1 milyon əfqan uşağın səhhətinin pis qidalandığı üçün təhlükə aldında olduğunu və müalicə olunmazlarsa, həyatlarını itirə biləcəklərini açıqlayıb.
Moderator.az xəbər verir ki, UNICEF-in icraçı direktoru verdiyi açıqlamada Əfqanıstanda təxminən 10 milyon uşağın həyatlarını davam etdirmələri üçün yardıma ehtiyacı olduğunu bildirib.
2,2 milyonu qız olmaqla təxminən 4,2 milyon uşağın təhsillərinə davam edə bilmədikləri açıqlanıb. Açıqlamada Əfqanıstanda 435 min uşaq və qadının ölkə daxilində yerlərindən didərgin salındığı bildirilib.
Bildirilir ki, şiddətli quraqlıq və bunun nəticəsində su qıtlığı, yeni tip koronavirus pademiyası, sosial problemlər və qarşıdan gələn qış fəsli səbəbiylə uşaq və qadınların ehtiyacları daha da artacaq.
Əfqanıstanda 65 il boyunca uşaq və qadınların yaşam tərzlərini yaxşılaşdırmaq üçün çabalayan UNICEF-in, gələcəkdə də çalışmalarına davam edəcəyi bildirilir.
Vasif Əlihüseyn