İran Azərbaycana qarşı narkomüharibə aparır - Və Qarabağa yenə şübhəli yüklər daşıyır - VİDEO
Dünya
1839
22 May 2021 | 13:27

İran Azərbaycana qarşı narkomüharibə aparır - Və Qarabağa yenə şübhəli yüklər daşıyır - VİDEO

Bu günlərdə erməni KİV-ləri Azərbaycan-İran münasibətlərinin pisləşməsi baxımından daha bir həyacanlı informasiya yayıblar və bildiriblər ki, İran ordu qüvvələri Azərbaycanla sərhədə cəmləşdirilir. Erməni mediaresursları rusdilli medianın simonyan seqmenti ilə birlikdə İran qoşunlarının Azərbaycan sərhədinə cəmləşdirilməsini Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri arasında imzalanmış üçtərəfli 10 noyabr razılaşmasının mühüm bəndinin-“Zəngəzur dəhlizi” adlanan nəqliyyat-kommunikasiya xətlərinin açılmasının reallaşdırılması kontekstində dəyərləndirir.
 
İran rəsmi şəxslərinin və erməni hökumət ekspetlərinin çıxışlarına əsasən Tehran İran-Ermənistan sərhədinə nəzarətin itirilməsi ehtimalından çox narahatdır. İkinci Qarabağ müharibəsinin yekunları Tehrandakı İran-Ermənistan oxu tərəfdarları üçün heç də ürəkaçan olmayıb. Açıq-aydın görünür ki, Tehran müharibənin yekunlarını həzm edə bilmir. Axı Azərbaycanın Cənubi Qafqazdakı rolunun güclənməsi, İranla on illər ərzində işğal altında qalan sərhədlərinə nəzarəti ələ alması Tehranın regiondakı situasiyaya təsir üçün çox mühüm rıçaqlarından birini əlindən alıb. İranın mühafizəkar-dini çevrələrində Azərbaycana qarşı tez-tez eşidilən çıxışlar, Yerevanla hərbi-siyasi əməkdaşlığın möhkəmləndirilməsi cəhdləri Tehranın tarixin gedişatını dəyişdirməyə yönəlmiş çarəsiz cəhdləri kimi dəyərləndirilə bilər.
 
 
Yerevanda ruhlanıblar-İran ordusu Azərbaycanla sərhədə cəmləşdirilir
 
Hərçənd Yerevan siyasi ekspertləri Tehranın Ermənistana siyasi və praktiki dəstəyini böyük ruh yüksəkliyi ilə qarşılayıblar, Qriqor Balasanyan kimi ekspertlərin fikrincə, İranın Ermənistanla yaxınlaşması rəsmi Yerevana geosiyasi baxımdan cəsarət verib.
 
Olduqca maraqlıdır ki, son günlər İranla Azərbaycan sərhədində gərinlik xeyli artıb, iranlı narkokuryerlər bir-birinin ardınca sərhədi pozmağa cəhdlər edir. Bu günlərdə İrandan Azərbaycan ərazisinə narkokuryerlər qismində yaxşı hazırlıq keçmiş və avtomatik silahlarla silahlanmış, xüsusi texnikaları olan diversantların keçməsi, sərhədçilərimizlə atışma və iki sərhədçinin qətlə yetirilməsi diqqəti xüsusi cəlb edir. Həmin narkokuryerlər yaxşı hazırlıq keçmiş olmalıydılar ki, Azərbaycanın Dövlət Sərhəd Xidmətinin iki peşəkar hərbçisini qətlə yetirə bilsinlər və qaçaraq Yardımlı dağlarında gizlənə bilsinlər. Və daha sonra orada xüsusi təyinatlı bölmələrə müqavimət göstərsinlər. Belə görünür ki, söhbət yaxşı planlaşdırılmış xüsusi diversiya əməliyyatından gedir.
 
Hələ bir neçə il əvvəl ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi özünün açıq hesabatlarından birində göstərmişdi ki, İran xüsusi xidmət orqanları Azərbaycanın işğal altında olan əraziləri üzərindən narkotrafik təşkil edib. Üstəlik Azərbaycan xüsusi xidmət orqanları  İranla həmsərhəd işğal edilmiş ərazilər üzərindən əsas narkotranzit marşrutunun keçdiyi haqda dəfələrlə bildirmişdilər. Həmin ərazilər işğaldan azad ediləndən sonra qısa müddət ərzində Azərbaycanın sərhəd qoşunları sərhəd zonasını öz nəzarəti altına aldı, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və DİN son bir neçə ay ərzində dəfələrlə Azərbaycana tonlarla narkotikin keçirilməsinin qarşısını alıblar. Bu narkotiklər Azərbaycan ərazisindən keçirilməklə Rusiya, Ukrayna, Gürcüstan, Moldova və digər ölkələrə istiqamət almalıydı.
 
 
Belə görünür ki, heroinin işğal zonası üzərindən manesiz daşınması imkanları əldən çıxandan sonra iranlı narkobaronlar yeni marşrutlar axtarışındadır. Bəlli olduğu kimi, narkotrafik, silah qaçaqmalçılığı və qeyri-leqal qızıl alveri hələ də İranın dəstəklədiyi terrorçu qrupların, ilk növbədə “Hizbullah”ın əsas gəlir mənbələridir. Bu mənbələrdən ildə milyardlarla dollar əldə edilir. “Hizbullah” və İraqdakı “Xətaib Hizbullah” qruplaşmalarının döyüşçüləri tez-tez narkotacirlər qismində çıxış edirlər.
 
 
Azərbaycan xüsusi xidmət və hüquq-mühafizə orqanları hələlik iranlı narkokuryerlərin ölkə üzərindən keçməsini və yeni narkotranzit marşrutları açmasının qarşısını ala bilir. Azərbaycan üzərindən Rusiyaya və oradan Avropaya heroin daşınması marşrutu yaratmaq cəhdləri narkoticarəti himayə edən İran hərbiləşdirilmiş qruplarının açıq-aşkar düşmənçilik siyasətindən xəbər verir. Sual olunur-yüzlərlə kiloqram narkotik daşıyan “narkokuryerlər” İranın yaxşı mühafizə olunan və mümkün xarici hərbi müdaxiləyə qarşı hazırlanmış sərhədlərini bu cür tez-tez, heç bir manəyə rast gəlmədən, kefləri istəyən kimi necə keçir?!
 
Azərbaycana İrandan daxil olan və aşkarlanan narkotiklərə dair statistikaya diqqət yetirin. Mayın 20-də Dövlət Sərhəd Xidməti “Horadiz” sərhəd məntəqəsində narkotik qaçaqmalçılığının qarşısını alıb. Həmin gün gömrükçülər Astarada 224 kiloqram heroin aşkarlayıb. Mayın 5-də DİN Astarada 70 kiloqram heroin aşkarladığını bildirib. Mayın 3-də gömrükçülər İranla sərhəd Biləsuvar gömrük postunda 244 kiloqram heroin aşkarlayıblar. Bundan az əvvəl isə gömrükçülər iranlının yükündə 107 kiloqram “ağ qızıl” tapıblar…
 
İranın dəstəklədiyi qüvvələrin Azərbaycana qarşı narkomüharibəsinin xronikasına nəzər salın: sözün əsl mənasında az qala hər gün gömrük postlarında və sərhəd zastavalarında yüzlərlə kiloqram heroin aşkarlanır. İranın İnqilab Keşikçiləri Korpusunun dəstəklədiyi qüvvələr üçün strateji əhəmiyyəti olan bu malın son ünvanı Rusiya və Avropadır. Belə görünür ki, İran elə onlara da narkomüharibə elan edib.
 
Bu arada İran TIR-larının Ermənistan üzərindən Qarabağa hərəkəti də davam edir. Redaksiyamız Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olan ərazilərə İran TIR-larının hansısa şübhəli yüklər daşıdığına dair yeni görüntülər əldə edib.
 
Həmin görüntüləri təqdim edirik:
 
Virtualaz.org
 

 

Link kopyalandı!
Son xəbərlər