Rusiya və Ukrayna arasındakı gərginlik Türkiyəyə necə təsir edəcək? - Video
Dünya
2024
18 Apr 2021 | 10:33

Rusiya və Ukrayna arasındakı gərginlik Türkiyəyə necə təsir edəcək? - Video

Ukraynanın şərqində mərkəzi hökumətlə ruspərəst separatçılar arasında olan münaqişə alovlanıb.
 
Rusiyanın sərhəddəki qoşunlarını gücləndirdiyi xəbərinin ardından ABŞ və NATO-nun müdaxiləsi bölgədə gərginliyi artırıb.
 
Türkiyə bir tərəfdən Qərbin dəstəyini alan Ukrayna hökuməti ilə müdafiə sənayesi sahəsində müqavilələr imzalayır, digər tərəfdən də rəsmi Moskva  və Vaşinqton arasında tarazlığını qorumağa çalışır.
 
Türkiyənin Rusiyanı narahat edən bir həmləsi də Ukraynaya pilotsuz uçuş aparatlarını satması oldu.
 
Ukrayna-Rusya gərginliyinin nəticələrini, bunun Türkiyəyə təsirini İstanbul Universitetinin dosenti Hakan Güneş dəyərləndirib. Mövzunun aktuallığını, qardaş ölkənin bizim üçün əhəmiyyətini nəzərə alaraq BBC-nin yayımladığı həmin videomaterialı təqdim edirik.
Link kopyalandı!
Son xəbərlər