“Gezi parkı” hadisələrində polisin etirazçılara qarşı istifadə etdiyi qözyaşardıcı qaz və rezin güllələri Türkiyəyə ixrac edən ölkələrindən biri də Amerikandır. ANS PRESS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Amerikanın “Nonlethal Technologies” şirkəti 15 ay ərzində Türkiyəyə təxminən 8,5 milyon dollarlıq qözyaşardıcı qaz və rezin güllə satıb.
“Nonlethal Technologies” şirkətinin müştəriləri sırasında Türkiyə öndədir. Şirkət Turkiyədən başqa Çin Xalq Respublikası, Panama və Çiliyə qözyaşardıcı qaz və rezin güllə satıb.
Ancaq Türkiyənin qözyaşardıcı qaz və rezin güllələr üçün xərclədiyi pul o biri ölkələrlə müqayisə edilə bilməyəcək dərəcədə çoxdur. Məhz Türkiyə 15 ay ərzində qözyaşardıcı qaz, rezin güllələr üçün “Nonlethal Technologies”ə ödədiyi pul məbləği tam olaraq 8 milyon 396 min 992 dollardır.