Böcək yeyərək kobra qanı içdilər - AĞILASIĞMAZ TƏLİMDƏN FOTOLAR...
Dünya
3340
19 Feb 2019 | 19:01

Böcək yeyərək kobra qanı içdilər - AĞILASIĞMAZ TƏLİMDƏN FOTOLAR...

Tailandda hər il keçirilən “Gold Cobra” adlanan xüsusi təyinatlı dəstələrin növbəti təlimləri keçirilib. 37-ci dəfə təşkil olunan təlim zamanı ağlasığmaz dəqiqələr yaşanıb.

Moderator.az xəbər verir ki, 29 ölkənin qatıldığı təlimdə ABŞ və Tailand əsgərləri kobra ilanının qanını içib, sürünənləri canlı şəkildə yeyiblər.

Təlimin ilk günündə ABŞ və Tailand ordularında xidmət edən bir qrup əsgər insan sağlamlığı üçün faydalı hesab edilən kobran qanı içib. Bəzi əsgərlər isə tropik meyvələr, böcək və sürünən heyvanları yeyib. 

Təlimin hədəflərinə sahil təhlükəsizliyi, xəstəlik təhdidlərinin qarşısının alınması və geniş miqyaslı təbii fəlakətlərə qarşı hazırlıqlı olmaq daxildir. 3 fərqli mərhələnin keçiriləcəyi təlim fevral ayının 22-nə qədər davam edəcək.

Kamran
Link kopyalandı!
Son xəbərlər