Qarabağın istefa vermiş “polis rəisi” azərbaycanlı çıxdı!.. - Kərimov Kamo Əkbər oğlu...
Dünya
30194
06 Jun 2018 | 20:20

Qarabağın istefa vermiş “polis rəisi” azərbaycanlı çıxdı!.. - Kərimov Kamo Əkbər oğlu...

Xankəndindəki separatçı rejimin  bu gün istefa vermiş “polis rəisi”  Kamo Ağacanyan azərbaycanlı qanı daşıyır.  Onun ad-soyadını eşidəndə xatırladım ki, 2016-cı ildə “Həftə içi” qəzeti üçün apardığım araşdırmada  Kamo Ağacanyanın atasının azərbaycanlı olması haqda məlumat əldə etmişdik. 

Həmin  məlumatı Qarabağ qazisi, Xocavənd taborunun fəal döyüşçülərindən biri, Xocavənd rayonunun Axullu kənd sakini Ayxan Sadiq bəndənizin Dağlıq Qarabağda yaşayan 6 azərbaycanlının kimliyi barədəki yazısını oxuduqdan sonra vermişdi. 

Aktuallığını nəzərə alıb Qarabağ qazisinin açıqlamasını bir daha Moderator.az oxucularının  nəzərinə çatdırırıq: 

“Hazırda qondarma “DQR”-in “daxili işlər naziri” statusunda olan Ağacanyan Kamo Akbaroviçi uşaqlıqdan tanıyırıq. O, Xocavənd rayonunun Edilli kəndindindəndir. Bu məntəqə keçmisdə Hadrut rayonuna aid idi. Edilli ilə bizim Axullu kəndi bitişik idi, Axulluda azərbaycanlılar yaşayırdı. Amma Axulluda məktəb yox idi deyə, biz də Edilli orta məktəbində erməni uşaqlarla bir oxuyurduq. Həmin dövrdə bir yerdə oxuyanlar Kamonu yaxşı tanıyırlar. 

Kamo Ağacanyan 1988-ci ilədək sənəddə Kərimov Kamo Əkbər oglu olub. Atası Kərimov Əkbər təmiz Azərbaycan türküdür. Amma Əkbər kişinin arvadı, yəni, Kamonun anası erməni idi. Beləliklə, 1988-ci ildə o, ata adını və soyadını dəyişib. 1989-cu ildə orta məktəbi bitirdikdən sonra o, Kamo Ağacanyan Akbaroviç kimi ortaya çıxıb və erməni quldurlarına qoşulub. Azərbaycana qarşı döyüslərdə fəal istirak edib. Elə bu fəallığına görə də sonradan vəzifələrə yüksəlib…” Araşdırmamız nəticəsində bəlli oldu ki, həqiqətən hazırda qondarma “DQR” rejiminin “polis rəisi” vəzifəsini daşıyan Kamo Ağacanyandır. O, 2013-cü il martın 25-dən “prezident” Bako Saakyanın əmri ilə həmin vəzifəyə təyin olunub. Bu təyinata qədər isə K.Ağacanyan Ermənistan Respublikası Silahlı Qüvvələrinin 1-ci Ordu Korpusunun komandiri olub. Elə həmin il oktyabrın 23-də İrəvanda Ermənistan və “DQR” polislərinin birgə kollegiya yığıncağında “DQR” “polis rəisi” K.Ağacanyan Ermənistan Respublikası polis rəisi Vladimir Qasparyanın əmri ilə “Asayişin möhkəmlənməsinə görə” medalı ilə təltif edilib. Amma istər rus, istərsə də erməni mənbələrində “DQR” “polis rəisi”nin atası barədə ətraflı məlumat yoxdur. O, sadəcə, “Ağacanyan Kamo Abqaroviç” kimi göstərilir. 1971-ci ildə doğulduğu kənd isə Edilli yox, “Uxtadzor” kimi qeyd edilir (Öyrəndik ki, ermənilər işğaldan sonra Edilli kəndinin adını “Uxtadzor” qoyublar). Və həmin kənd məktəbini 1989-cu ildə bitirərək 1991-ci ildən “erməni özünümüdafiə dəstələrinə” qoşulduğu, Qarabağdakı döyüçlərdə fəal iştirak etdiyi və 2004-cü ildə polkovnik rütbəsi aldığı bildirilir. Ermənicə mənbələri də araşdırdıq. Həmin mənbələrdə də yalnız Kamo Ağacanyanın “Hadrut” rayonunda doğulması qeyd edilir, atasının adı çəkilmir. Digər bir maraqlı məqam isə ondan ibarətdir ki, 2013-cü il martın 21-də Ermənistan prezidenti S.Sərkisyan K.Ağacanyanı 1-ci Ordu Korpusu komandirliyindən öz əmri ilə, heç bir şərh vermədən (?) azad edib. Bunun səbəbini erməni “KİV-ləri də araşdıra bilməyib…”

Sultan Laçın

Link kopyalandı!
Son xəbərlər