Ermənilər Sərsəngdə 100 milyon dollarlıq layihə həyata keçirəcəklər? - “KarabakhTV”-
Dünya
3469
18 Jan 2018 | 11:31

Ermənilər Sərsəngdə 100 milyon dollarlıq layihə həyata keçirəcəklər? - “KarabakhTV”-

Azərbaycanın 25-ci ildir ki, işğal altında olan Ağdərə rayonunda 100 milyon dollardan çox məbləğdə investisiya proqramı icra  ediləcək.   

Moderator.az “KarabakhTV”-yə istinadla yazır ki, bu haqda dünən ”“yanvarın 17-də keçirdiyi mətbuat konfransında  Xankəndindəki qondarma separatçı-terrorçu rejimin “dövlət naziri” kimi təqdim edilən Araik Arutyunyan məlumat verib.  O, iqtisadi inkişaf baxımından 2018-ci ilin “dönüş ili” olacağını bəyan edib. 
Separatçının sözlərindən bəlli olub ki, Sərsəng-Madagiz ərazisində yerli və xarici şirkətlər tərəfindən 100 mln. dollardan çox dəyəri olan sərmayə proqramı start götürür. Proqrama əsasən  Sərsəng su anbarı ətrafında balıqçılıq, turizm və elektrik enerjisi istehsalı məqsədi ilə istismar olunacaq su anbarları tikiləcək.
İşğalçılar Azərbaycan torpaqlarında dağ-mədən sənayesi sahəsində inkişafı  yenə də “Beyz Metals” şirkətinin  istehsal gücünü artırmaq hesabına təmin etməyi planlaşdırırlar. Xatırladaq ki, bu şirkət  illərdir ki, işğal altındakı torpaqlarımızda qızıl, mis, molibden, dəmir və s. metal və əlvan metal mədənlərini qanunsuz olaraq istismar edir.


Sultan Laçın   

Link kopyalandı!
Son xəbərlər