17:03
16°C
Bakı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ lideri Cozef Baydenlə telefon danışığı aparıb.
Bizim.Media xəbər verir ki, söhbət zamanı tərəflər Qəzza zolağındakı vəziyyət, İsveçin NATO-ya üzvlüyü, həmçinin F-16 qırıcıları ilə bağlı məsələləri müzakirə ediblər.
Türkiyə prezidenti amerikalı həmkarı ilə söhbətində İsrailin hücumlarının dərinləşdirilməsi və uzadılmasının mənfi regional və qlobal nəticələrə səbəb ola biləcəyini vurğulayıb.
O qeyd edib ki, regionda daimi atəşkəsin təmin edilməsi ABŞ-ın tarixi məsuliyyətidir.
Bizim.Media