06:37
13°C
Bakı
"Azərbaycanla Ermənistan arasındakı dialoq prosesində əldə edilən irəliləyişlərdən məmnunluq duyuruq. Bu münaqişənin ədalətli həlli Qafqazda davamlı sülhün bərqərar olmasının əsasını təşkil etməklə yanaşı, qlobal sabitliyə də mühüm töhfə verəcək".
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının (MTŞ) yeni tərkibdə ilk iclasının yekunlarına dair bəyanatda deyilir.
Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən toplantı 3 saat davam edib.
Bizim.Media