“Putinin psixi durumu Suriya məsələsində Türkiyəni ehtiyatlı olmağı, ciddi riskə getməməyi tələb edir”.
Bunu Moderator.az-a
açıqlamasında politoloq Qabil Hüseynli bildirib. Onun sözlərinə görə, Suriyann
içərilərinə doğru irəliləmək Türkiyə üçün arzuedilməz nəticələrə səbəb ola bilər:
“Təbii ki, Türkiyənin maraqları
tələb edərsə, Türkiyə Suriya ərazisində hərbi əməliyyatlar keçirə bilər. Lakin
Suriyanın içərilərinə doğru çox irəliləmək Türkiyə üçün arzuedilməz nəticələrə
səbəb ola bilər. Çünki Suriyada Rusiya faktoru mövcuddur. Hansı ki, bu gün
kifayət qədər qəzəbli olan Rusiya öz hirsini, hikkəsini tökməyə yer axtarır.
Rusiyadan istənilən riskli, ağlasığmaz addım gözləmək mümkündür. Odur ki,
Türkiyə Suriya ilə bağlı siyasətində bu faktoru nəzərə almalıdır”.
Seymur Əliyev