“Putinin psixi durumu Türkiyədən ehtiyatlı olmağı tələb edir”
Dünya
5814
28 Feb 2016 | 20:28

“Putinin psixi durumu Türkiyədən ehtiyatlı olmağı tələb edir”

“Putinin psixi durumu Suriya məsələsində Türkiyəni ehtiyatlı olmağı, ciddi riskə getməməyi tələb edir”.

Bunu Moderator.az-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib. Onun sözlərinə görə, Suriyann içərilərinə doğru irəliləmək Türkiyə üçün arzuedilməz nəticələrə səbəb ola bilər:

“Təbii ki, Türkiyənin maraqları tələb edərsə, Türkiyə Suriya ərazisində hərbi əməliyyatlar keçirə bilər. Lakin Suriyanın içərilərinə doğru çox irəliləmək Türkiyə üçün arzuedilməz nəticələrə səbəb ola bilər. Çünki Suriyada Rusiya faktoru mövcuddur. Hansı ki, bu gün kifayət qədər qəzəbli olan Rusiya öz hirsini, hikkəsini tökməyə yer axtarır. Rusiyadan istənilən riskli, ağlasığmaz addım gözləmək mümkündür. Odur ki, Türkiyə Suriya ilə bağlı siyasətində bu faktoru nəzərə almalıdır”.

 

Seymur Əliyev

Link kopyalandı!
Son xəbərlər