Ərdoğan Putinə birtərəfli ATƏŞKƏS təklif etdi
1584
05 Jan 2023 | 15:25

Ərdoğan Putinə birtərəfli ATƏŞKƏS təklif etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinə zəng edərək birtərəfli atəşkəs təklif edib. 

Bizim.Media xarici KİV-ə istinadən bildirir ki, Türkiyə lideri qeyd edib ki, Rusiya-Ukrayna müharibəsinin ədalətli həllinə nail olmaq lazımdır. 

Tərəflər Türkiyə-Rusiya münasibətlərini, Suriyadakı vəziyyət, regional məsələlər və ən əsası Ukraynadakı müharibəni müzakirə ediblər.

Ərdoğan qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi ilə bağlı danışıqlar müsbət nəticə verib. O, xüsusilə, taxıl dəhlizinin yaradılması, əsirlərin mübadiləsi və Zaporojye Atom Elektrik Stansiyasının ətrafında təhlükəsiz zonanın yaradılması təşəbbüsü ilə bağlı məsələləri xatırladıb.

Bizim.Media

Link kopyalandı!
Son xəbərlər