Çin Ukrayna üçün dünyaya səsləndi
1293
06 Dec 2022 | 22:42

Çin Ukrayna üçün dünyaya səsləndi

Çin Ukrayna ilə bağlı beynəlxalaq ictimaiyyətə çağırış edib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, rəsmi Pekin beynəlxalq ictimaiyyət və humanitar təşkilatları Ukraynaya humanitar yardımı artırmağa səsləyib. 

Çinin BMT-dəki daimi nümayəndəsi Gen Şuan Təhlükəsizlik Şurasının iclasında bildirib ki, Ukrayna xalqı ikiqat problemlə qarşılaşır.

“Müharibə və qış. Bu, humanitar ehtiyacların kəskin böyüməsi və artan elektrik çatışmazlığıdır. Uşaqlar ən həssas qrupdur. Çin humanitar vəziyyətlərdə uşaqların ehtiyaclarını mümkün qədər çox nəzərə almağa çağırır", - deyə G. Şuan bildirib. 

Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər